Barselonanın XXI əsrdə belə uğursuz seriyası olmamışdı
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
La Liqanın 18-ci turunun mərkəzi oyununda ''Barselona'' ''Atletiko''nu qəbul etdi.
Kataloniya nəhəngi fasiləyə Pedrinin qolu ilə öndə yollansa da, əla formada olan Dieqo Simeonenin komandası ikinci hissədə vəziyyəti lehinə dəyişə bildi. De Paulun qolundan sonra hər şey bərabərliyə doğru gedirdi. Amma faktiki olaraq son hücumda ''Atletiko'' Sörlotun qolu ilə dramatik qələbə qazandı və turnir cədvəlində liderliyi ələ keçirdi. ''Hindular'' 2010-nun dekabrından klubun başında olan Simeonenin dönəmində La Liqada ilk dəfə ''Barselona''nı səfərdə məğlub etdilər!
Bu rəqib üzərində çempionatda son səfər qələbəsi 2005/06-da əldə olunmuşdu (3:1). ''Atletiko'' bütün rəsmi turnirləri nəzərə almaqla ardıcıl 12-ci qələbəsini qazandısa, ''Barsa'' La Liqada evdə ardıcıl 3-cü dəfə uduzmaqla XXI əsrdəki ən pis göstəricisinə imza atdı. Komandanın daha öncə tarixi ərzində yalnız iki dəfə (1965, 1987) bu cür uğursuz seriyası olmuşdu.
ƏLİ
Baxış sayı:64
Bu xəbər 22 Dekabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















