“Barselona”ya PSJ ilə oyunda ağır zərbə: Dani Olmo zədələndi

21.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda PSJ ilə keçirilən qarşılaşmada zədələnib.

İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu ilk hissənin sonlarında əzələsində ağrı hiss edib.

Topla irəliləyərkən qəfil narahatlıq yaşayan Olmo hərəkətini dayandıraraq oyunu davam etdirə bilməyəcəyini məşqçilər korpusuna bildirib.

Nəticədə futbolçu fasiləyə qədər əvəzlənib. Onun yerinə meydana Fermin Lopes daxil olub.

Zədə Olmonun əsas komandalar səviyyəsində 100-cü oyununa təsadüf edib.

“Barselona”nın tibbi heyəti qarşılaşmadan sonra futbolçunu müayinədən keçirərək zədənin ağırlıq dərəcəsini müəyyənləşdirəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью