“Barselona”ya PSJ ilə oyunda ağır zərbə: Dani Olmo zədələndi
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda PSJ ilə keçirilən qarşılaşmada zədələnib.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu ilk hissənin sonlarında əzələsində ağrı hiss edib.
Topla irəliləyərkən qəfil narahatlıq yaşayan Olmo hərəkətini dayandıraraq oyunu davam etdirə bilməyəcəyini məşqçilər korpusuna bildirib.
Nəticədə futbolçu fasiləyə qədər əvəzlənib. Onun yerinə meydana Fermin Lopes daxil olub.
Zədə Olmonun əsas komandalar səviyyəsində 100-cü oyununa təsadüf edib.
“Barselona”nın tibbi heyəti qarşılaşmadan sonra futbolçunu müayinədən keçirərək zədənin ağırlıq dərəcəsini müəyyənləşdirəcək.
Bu mövzuda digər xəbərlər:Dani Olmo milyonları rədd edib “Barselona”da qaldı
06 Aprel 2026 01:24
“Barselona”ya Olmo və Viktorun qeydiyyatına icazə verilməyəcək
03 Yanvar 2025 21:38
Dani Olmo “Barselona”dakı hədəfini açıqladı: “Bu səviyyəni göstərmək istəyirəm”
26 Sentyabr 2026 22:49
PSJ dən Barselona ya keçə bilər
25 Fevral 2026 21:22
PSJ dən “Barselona”ya tarixi təklif
24 Mart 2026 17:26
Baxış sayı:91
Bu xəbər 21 Oktyabr 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















