Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığına start verib

21.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə  Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib.

Məlumatı XQ DİN-in mətbuat xidmətinə istinadən verir. 

Preventiv əhəmiyyət kəsb edən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil. Həm də, sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır.

Baş Dövlət Yol Polisi İdarəsi cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırır.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью