Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığına start verib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib.
Məlumatı XQ DİN-in mətbuat xidmətinə istinadən verir.
Preventiv əhəmiyyət kəsb edən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil. Həm də, sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır.
Baş Dövlət Yol Polisi İdarəsi cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 21 Oktyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















