Baş komandandan şok etiraf: “Bütün cəbhə boyunca...” | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin “Sky News” televiziya kanalında müsahibəsi yayımlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Aleksandr Sırski Rusiyanın hərbi potensialı və cəbhədəki vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
O bildirib ki, Rusiya cəbhə xəttində 710 min nəfərdən çox əsgər yerləşdirib və bu qüvvələr demək olar ki, bütün cəbhə boyunca irəliləməyə çalışır: “Bu rəqəm, Rusiyanın Ukraynada saxladığı hərbi varlığın miqyasına dair Kiyevdən gələn ən yüksək rəsmi təxminlərdən biridir”.
Ukraynalı komandan Rusiya ordusunun gündəlik PUA istifadəsi ilə bağlı aşağıdakı rəqəmləri də təqdim edib: “Cəbhə xəttindəki Ukrayna mövqelərinə qarşı gündə 4 - 5 min kamikadze (FPV) PUA hücumu həyata keçirilir.
Bundan əlavə, gündə 1 500 - 2 000 sursat buraxan pilotsuz hava vasitəsi istifadə olunur.
Bu isə o deməkdir ki, Rusiya gündəlik 5 500 –7 000 arası PUA ilə hücumlar həyata keçirir”.
O qeyd edib ki, PUA müharibəsində vəziyyət tam olaraq Rusiyanın xeyrinə deyil: “Burada təxminən bir balans var.
Tam oxu
Xəbəri oxu