Icma.az
close
up
RU
Baş komandandan şok etiraf: “Bütün cəbhə boyunca...”

Baş komandandan şok etiraf: “Bütün cəbhə boyunca...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin “Sky News” televiziya kanalında müsahibəsi yayımlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Aleksandr Sırski Rusiyanın hərbi potensialı və cəbhədəki vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

O bildirib ki, Rusiya cəbhə xəttində 710 min nəfərdən çox əsgər yerləşdirib və bu qüvvələr demək olar ki, bütün cəbhə boyunca irəliləməyə çalışır:

“Bu rəqəm, Rusiyanın Ukraynada saxladığı hərbi varlığın miqyasına dair Kiyevdən gələn ən yüksək rəsmi təxminlərdən biridir”.

Ukraynalı komandan Rusiya ordusunun gündəlik PUA istifadəsi ilə bağlı aşağıdakı rəqəmləri də təqdim edib:

“Cəbhə xəttindəki Ukrayna mövqelərinə qarşı gündə 4 - 5 min kamikadze (FPV) PUA hücumu həyata keçirilir. Bundan əlavə, gündə 1 500 - 2 000 sursat buraxan pilotsuz hava vasitəsi istifadə olunur. Bu isə o deməkdir ki, Rusiya gündəlik 5 500 –7 000 arası PUA ilə hücumlar həyata keçirir”.

O qeyd edib ki, PUA müharibəsində vəziyyət tam olaraq Rusiyanın xeyrinə deyil:

“Burada təxminən bir balans var. Hazırda biz ruslardan bir qədər çox FPV PUA istifadə edirik”.Sırski ənənəvi döyüş elementlərində isə Rusiyanın hələ də böyük üstünlüyə malik olduğunu, lakin bu üstünlüyün effektivliyinin azaldığını bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun artilleriya döyüş sursatı ehtiyatı hələ də Kiyevin ehtiyatından iki dəfə çoxdur:

“Lakin PUA-ların kütləvi istifadəsi və artan mənzilləri artilleriyanın effektiv yerləşdirilməsini çətinləşdirir. Hazırda hücumların 60 %-i PUA-larla həyata keçirilir, bu isə müharibənin mahiyyətinin köklü şəkildə dəyişdiyini göstərir”.Məhz Aleksandr Sırskin müharibənin indiki mərhələsini belə təsvir edib:

“Hazırda Rusiya insan resursu və artilleriya sursatında böyük say üstünlüyü ilə bütün cəbhədə davamlı təzyiq göstərərək Ukraynanın müdafiəsini tükətməyi hədəfləyir. 710 min əsgər iddiası bu problemin miqyasını göstərir.

Bu gün Ukrayna Rusiyanın say üstünlüyünü kütləvi və “ağıllı” PUA istifadəsi, səngər müdafiəsi və Qərbdən gələn dəqiq sursatlarla balanslaşdırmağa çalışır. PUA müharibəsində balansın əldə olunması həyati əhəmiyyət daşıyır.

Artilleriya artıq təkbaşına həlledici deyil, ucuz və kütləvi istehsal olunan PUA-lar döyüş meydanına hakimdir. Bu balansı qorumaq üçün Ukraynanın Qərbdən gələn hərbi yardımın, xüsusilə sursat, hava hücumundan müdafiə və uzaqmənzilli sistemlərin, fasiləsiz davam etməsinə ehtiyacı var. Əks halda, Rusiya say üstünlüyü hesabına cəbhədə üstünlük qazana bilər”.

Nəticə etibarilə, Sırskinin təqdim etdiyi mənzərə, ənənəvi tükətmə müharibəsi ilə yüksək texnologiyalı asimmetrik mübarizənin iç-içə keçdiyi bir cəbhəni əks etdirir.

Belə ki, Rusiya insan və resurs üstünlüyü ilə irəliləməyə çalışdığı halda, Ukrayna texnologiya və müdafiə innovasiyaları ilə müqavimət göstərir. Müharibənin taleyi bu iki amil arasındakı qarşıdurmanın nəticəsindən asılı olacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri