Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
ABŞ “Vaşinqton Vizards” basketbol klubu mövsümə uğursuz start verdiyi üçün baş məşqçi 50 yaşlı Brayan Kiflə yollarını ayırıb.
Modern.az xəbər verir ki, komandanın müvəqqəti rəhbərliyi məşqçi heyətində yer alan və Avstraliya millisinin baş məşqçisi olan Adam Kaporna həvalə edilib.
Kif 2024-cü ilin yanvarında “Vaşinqton”un baş məşqçisi vəzifəsini icra etməyə başlayıb, həmin ilin iyununda isə daimi təyinat alıb. Onun rəhbərliyi altında komanda 50 qələbə qazanıb, 173 dəfə məğlub olub.
Mütəxəssisin son oyunu noyabrın 29-da “Orlando Medjiks”ə qarşı olub. “Vaşinqton” həmin görüşdə 91:116 hesabı ilə uduzub.
Komanda cari mövsümdə keçirdiyi 20 oyunda 7 qələbə qazanıb, 13 məğlubiyyət alıb.