Baş məşqçi 173 məğlubiyyətdən sonra qovuldu
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
ABŞ “Vaşinqton Vizards” basketbol klubu mövsümə uğursuz start verdiyi üçün baş məşqçi 50 yaşlı Brayan Kiflə yollarını ayırıb.
Modern.az xəbər verir ki, komandanın müvəqqəti rəhbərliyi məşqçi heyətində yer alan və Avstraliya millisinin baş məşqçisi olan Adam Kaporna həvalə edilib.
Kif 2024-cü ilin yanvarında “Vaşinqton”un baş məşqçisi vəzifəsini icra etməyə başlayıb, həmin ilin iyununda isə daimi təyinat alıb. Onun rəhbərliyi altında komanda 50 qələbə qazanıb, 173 dəfə məğlub olub.
Mütəxəssisin son oyunu noyabrın 29-da “Orlando Medjiks”ə qarşı olub. “Vaşinqton” həmin görüşdə 91:116 hesabı ilə uduzub.
Komanda cari mövsümdə keçirdiyi 20 oyunda 7 qələbə qazanıb, 13 məğlubiyyət alıb.
Bu mövzuda digər xəbərlər:İki məğlubiyyətdən sonra qovuldu
18 Avqust 2025 16:58
Məşhur baş məşqçi QOVULDU
24 Fevral 2026 14:19
Baş məşqçi meydandan qovuldu
25 Oktyabr 2026 10:12
Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi
02 Fevral 2026 17:59
Nesta baş məşqçi postundan QOVULDU
23 Dekabr 2024 18:27
Baxış sayı:131
Bu xəbər 29 Noyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















