Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. "Baş məşqçimiz Qurban Qurbanova və komandamıza daim inanıram.
Onların 2025-ci ildəki vacib matçlarda, Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacaqlarına əminəm"."Football-plus.az" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözel klubun rəsmi saytına açıqlamasında deyib.Funksioner 2024-cü ildə əldə olunan uğurların davamının gələcəyinə inandığını söyləyib: "Avropa Liqasında bizi iki vacib oyun gözləyir.
Qarşıdakı ildə avrokubok, premyer-liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq.
Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm.
Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcək".O, 2024-cü ilin hüznlü, ağrı dolu hadisə ilə başa çatdığını bildirib: "Bir neçə gün əvvəl yaşanan təyyarə qəzası hər birimizi çox üzdü.
Həlak olanların ailələrinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.
Qəzada xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.Gözel bitməkdə olan ilin futbol meydanlarında daha xoş anlarla yadda qaldığını vurğulayıb: "Qarabağ" son illərdə olduğu kimi 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi.
Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı.