Icma.az
close
up
RU
Baş məşqçimiz Qurban Qurbanova və komandamıza daim inanıram

Baş məşqçimiz Qurban Qurbanova və komandamıza daim inanıram

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Baş məşqçimiz Qurban Qurbanova və komandamıza daim inanıram. Onların 2025-ci ildəki vacib matçlarda, Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacaqlarına əminəm".


"Football-plus.az" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözel klubun rəsmi saytına açıqlamasında deyib.
Funksioner 2024-cü ildə əldə olunan uğurların davamının gələcəyinə inandığını söyləyib:

"Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Qarşıdakı ildə avrokubok, premyer-liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcək".


O, 2024-cü ilin hüznlü, ağrı dolu hadisə ilə başa çatdığını bildirib:

"Bir neçə gün əvvəl yaşanan təyyarə qəzası hər birimizi çox üzdü. Həlak olanların ailələrinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Qəzada xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.


Gözel bitməkdə olan ilin futbol meydanlarında daha xoş anlarla yadda qaldığını vurğulayıb:

"Qarabağ" son illərdə olduğu kimi 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi. Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı. Bununla da tarixdə ilk dəfə Azərbaycan klubu avrokubokların 1/8 finalına yüksəldi. Komandamız 1/4 finala vəsiqə üçün “Bayer-04”lə bərabər səviyyədə, möhtəşəm mübarizə apardı. Hər iki görüşdə qələbə son dəqiqələrdəki qollarla əldən verildi. 11-ci dəfə Azərbaycan çempionu, 8-ci dəfə ölkə kubokunun qalibi olan komandamız 2024/25 mövsümünü “Qızıl dubl”la başa vurdu”.


Klub prezidenti ilin ikinci yarısını da uğurlu hesab edib:

“İlin ən böyük hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlinin qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionunda uzaq düşən klubumuz üçün tarixi hadisədi. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” camiəsi adından təşəkkür edirəm. Klubumuz təkcə meydanda deyil, ondan kənardakı fəaliyyəti ilə də dünyanın diqqət mərkəzində olub. “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradıldı. Burada dünyanın bir sıra aparıcı klubları yer alıb ki, gələcəkdə alyansın sıraları daha da genişlənəcək. Artıq uzun illərdi Qarabağ adını beynəlxalq arenada yüksəklərə qaldıran komandamız 2024/25 mövsümündə də Avropada öz sözünü deyir. “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş etdi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komandamız bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer-liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, klubumuzun hər bir üzvünə bu uğurlardakı payına görə təşəkkür edirəm. “Qarabağ” bir ailədi və rəhbərlikdən tutmuş sıravi işçilərinə qədər hər kəsin bu nəticələrdə payı var. Onların hər birinə minnətdarlığımı bildirir, uğurların ardını gətirmələrini arzulayıram. İl boyu yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm. Onlar nəticələrdən, hava şəraitindən asılı olmayaraq, daim bizi dəstəkləyib, bizə inanıblar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see225

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see171

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see161

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see132

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see131

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see130

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see127

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see126

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see125

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see123

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see121

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri