Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir. O, vaxtilə Azərbaycanın ən istedadlı futbolçularından hesab olunurdu.
Bir vaxtlar "Xəzər Lənkəran"da parlaması onun tezliklə karyerasında daha da üst pillələrə doğru addımlayacağı gözlənilirdi.
Lakin karyerası ilə bağlı atdığı addımlar futbolçunun parlayan ulduzunun tez sönməsi ilə nəticələndi.
Söhbət Azərbaycan millisinin sabiq futbolçusu Elnur Cəfərovdan gedir.
Sportal.az xəbər verir ki, Teleqraf-a müsahibə verən "Şəfa"nın 28 yaşlı hücumçusu həm bu barədə, həm də hazırkı durumu ilə bağlı danışıb: - Bir az əvvələ qayıdaraq futbola ilk başladığınız illərdən danışmağınızı istədik...
- Futbolda ilk addımlarımı "Xəzər Lənkəran"da atmışam. 15 yaşımda bu komanda ilə debüt etmişdim.
Bu, mənim üçün unudulmaz xatirələrdən biridir. "Fırtınalar meydanı"nda köhnə "İnter"ə qarşı oynamışdım.
Oradakı atmosfer, azarkeş dəstəyi mənim yaddaşımdan silinmir. - Çox gənc yaşınızda Portuqaliyanın "Tondela" klubuna keçdiniz.