Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Baş məşqçiyə dedim ki, müsəlmanam, içki içmirəm” “Qarabağ”a keçidini əmisi əngəlləyib

“Baş məşqçiyə dedim ki, müsəlmanam, içki içmirəm” “Qarabağ”a keçidini əmisi əngəlləyib

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

O, vaxtilə Azərbaycanın ən istedadlı futbolçularından hesab olunurdu. Bir vaxtlar "Xəzər Lənkəran"da parlaması onun tezliklə karyerasında daha da üst pillələrə doğru addımlayacağı gözlənilirdi. Lakin karyerası ilə bağlı atdığı addımlar futbolçunun parlayan ulduzunun tez sönməsi ilə nəticələndi.

Söhbət Azərbaycan millisinin sabiq futbolçusu Elnur Cəfərovdan gedir.

Sportal.az xəbər verir ki, Teleqraf-a müsahibə verən "Şəfa"nın 28 yaşlı hücumçusu həm bu barədə, həm də hazırkı durumu ilə bağlı danışıb:

- Bir az əvvələ qayıdaraq futbola ilk başladığınız illərdən danışmağınızı istədik...

- Futbolda ilk addımlarımı "Xəzər Lənkəran"da atmışam. 15 yaşımda bu komanda ilə debüt etmişdim. Bu, mənim üçün unudulmaz xatirələrdən biridir. "Fırtınalar meydanı"nda köhnə "İnter"ə qarşı oynamışdım. Oradakı atmosfer, azarkeş dəstəyi mənim yaddaşımdan silinmir.

- Çox gənc yaşınızda Portuqaliyanın "Tondela" klubuna keçdiniz. Bu komandada nə baş verdi ki, legioner həyatınız uzun çəkmədi?

- Transfer 18 yaşımda baş tutmuşdu. Keçid dövründə idim deyə, mənə bir az çətin gəldi. Başqa klublardan da təkliflərim var idi, amma fikrim Avropada çıxış etmək, top liqalarda oynamaq idi. Bir az tələsdim, çünki Azərbaycan çempionatında tempi tutmuşdum, tam adaptasiya olunmuşdum... Həmin ərəfələrdə doğru qərar vermədim. Yaşımın az olmasına baxmayaraq, ölkə xaricinə üz tutdum, özümə inanırdım. Çox çalışdım, əlimdən gələni etdiyim zamanda bəzi sıxıntılar yaşadım.

- Deyilənə görə, baş məşqçi ilə içki içmədiyinizə görə dalaşmısınız...

- Bəli, belə bir şey olmuşdu. Mən "Tondela"da olduğum zaman Portuqaliya yığması AVRO-2016-nın qalibi oldu. Bütün komandamız təlim-məşq toplanışında olduğu üçün finalı birgə izləyirdik. Portuqaliya çempion olan zaman bütün hotel, şəhər coşurdu. Hər kəs sevinir, bayram edir, bunu içki ilə qeyd edirdi. İçki içməyən tək adam isə mən idim. Bu da müsəlman olduğuma görədir. Lənkəranda böyümüş uşağam, 18 yaşımda təkbaşına dünyanın o başına - Portuqaliyaya getmişəm. Belə olan zaman adam Allahına daha yaxın olur. Mən də ibadətimi edən adamam. Baş məşqçi mənə yaxınlaşaraq dedi ki, "Portuqaliya bu gün Avropa çempionu olub, sən niyə içmirsən?" Mən isə bir neçə dəfə müsəlman olduğumu, spirtli içki qəbul etmədiyimi bildirdim. O isə israr etməyə davam edirdi. Əlim onun badəsinə dəydi və yerə düşüb sındı. O, buna çox qəzəbləndi. İki gün sonra yoldaşlıq oyunumuz var idi. Mənə dedi ki, hoteldə qalmalıyam. Daha sonra idman direktoru məni çağıraraq səviyyəcə üçüncü liqa komandasına icarəyə göndərəcəklərini dedi. Mən isə əsas liqadan üçüncü liqaya icarəyə göndərilməyi özümə yaraşdırmadım. Mənim buraya gəlməkdə məqsədim top liqada çıxış etmək idi. Fikrimcə, icarəyə göndərilməyim bir bəhanə idi, mənimlə müqaviləyə xitam vermək istəyirdilər. Mən də elə dərhal təklif etdim ki, qarşılıqlı razılaşma ilə xitam verək, burada qalmaq istəmirəm...

- "Tondela"ya keçidə görə peşmansınız?

- Azərbaycanı bu qədər erkən yaşda tərk etməməli idim. Bir az tələsdim...

- Həmin dövr başqa klublardan da təklif var idi, yoxsa ancaq "Tondela" idi?

- Bir çox ölkələrdən təkliflərim var idi. Serbiya, Sloveniya və digər Avropa ölkələri məni istəyirdilər. Çünki yaxşı vəziyyətdə idim. "Xəzər Lənkəran"ın əsas heyət üzvü idim, hətta milli komandamızla da bir oyunda iştirak etmişdim. U-21,U-19 və U-15 yığmalarda da oynamışdım.

- Portuqaliyada indiki məşhur futbolçulardan kimlərə qarşı oynamısınız, ya birgə məşq etmisiniz?

- Oranı çox xatırlamaq istəmirəm, mənim üçün travma kimi olub. Ona görə də heç kim yadıma gəlmir.

- Xorvatiyanın "Duqopolye" klubunda çıxış etmək təcrübəsi sizə nə verdi? Orada yadda qalan nə deyə bilərsiniz?

- Bu komandada bir il oynadım. Birinci divizionda çıxış etmələrinə baxmayaraq, işlərinə çox peşəkar yanaşırdılar. Azərbaycanla müqayisə etsəm, futbolçuya olan qayğı, verilən dəyər tamamilə başqa səviyyədə idi. İndi bilmirəm necədir, amma həmin dövr futbolçunun üç dəfə qidalanması, qalması üçün mənzil, əlavə olaraq da vaxtı-vaxtında maaşını verirdilər. Futbolçunun oynamamaq üçün bəhanəsi qalmırdı. Azərbaycanda futbolçuya bu qədər dəyər verilmir. Orada matçdan sonra "nə yeyəcəyəm" deyə dərdin olmur... Xorvatiya və Portuqaliyada fiziki hazırlığın da çox yüksək səviyyədə keçdiyini deyə bilərəm. Məhz buna görə Avropa futbolu Azərbaycan futbolundan daha templidir.

- Bəs bu komandada niyə qalmadınız?

- Müqaviləm iki illik idi. "Duqopolye" ilə şərtim var idi ki, komanda əsas liqaya yüksəlsə, qalacağam. Mövsümün yekunlarına əsasən isə bu baş vermədi. Həmin ərəfə mənə "Neftçi"dən təklif gəldi. "Neftçi"də isə zədə səbəbindən forma yığa bilmədim.

- Deyilənə görə, bir zamanlar “Qarabağ” sizi transfer etmək istəyib, amma atanız buna icazə verməyib. Bu barədə nə deyə bilərsiniz?

- Atam icazə vermişdi. Onun üçün hər zaman mənim fikrim önəmli olub. Bu transfer çox real idi. "Qarabağ" artıq ödənişi də köçürəcəkdi. "Xəzər Lənkəran" da iflasda olduğu üçün məni satışa çıxarmışdı. Sonra elə oldu ki, böyük əmim zəng edib atama dedi ki, Elnuru burada saxlamayaq. Pis niyyət yox idi, sadəcə olaraq daha yaxşı hədəflər üçün Azərbaycanda qalmamağımı, Avropada oynamalı olduğumu demişdi. "Qarabağ"la da tam razılıq əldə etmişdik. Son qərarı özüm verməli idim. Qismətdir, düzgün qərar versəydim, bəlkə də hər şey tamam fərqli olardı.

- İndiki klubunuz "Şəfa"da məqsədləriniz nələrdir?

- "Şəfa"nın çox yaxşı hədəfləri var. Burada hər şey çox yüksək səviyyədədir. Bu ilki hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır. İlk hədəfimizə çatandan sonra növbəti hədəflər barədə danışmaq olar.

- 28 yaşınız var, yenidən milliyə dönməyiniz nə dərəcədə realdır?

- Millidə yeganə oyunum 18 yaşımda Bolqarıstana qarşı olub. Robert Prosineçkinin dövründə 5-6 təlim-məşq toplanışında da iştirak etmişəm. "Şəfa" ilə Premyer Liqaya çıxsaq, formada olsam, hər şey mümkündür. Çünki formada olan oyunçu milli komandaya çağırılır. Heç nə üçün gec deyil. Milli komandama bağlı adamam mən. 15, 16, 19, 21 yaşlılardan ibarət yığmaların şərəfini qorumuşam. Millidə oynamaq hər bir futbolçunun arzusudur. Yenidən çağırılmağım üçün daha çox çalışmalıyam. İnşallah, bu baş verər. Mənim üçün çox qürurverici hiss olardı.

- Sizi vaxtilə ölkənin ən potensiallı futbolçusu hesab edirdilər, amma sonra performansınızla bağlı bəzi tənqidlər olub. Bu tənqidlərə münasibətiniz necədir?

- Tənqidlərə normal yanaşıram. Amma bəzən təhqirlər də olurdu. Bu, mənə ağır gəlirdi... Amma artıq daha ağıllı adımlar atıram, özümü daha təcrübəli hiss edirəm.

- Peşəkar karyeranızda hansı böyük hədəfiniz var? Yenidən xaricdə, daha yüksək səviyyəli bir liqada oynamaq istərdinizmi?

- Futbol oynamaq üçün çox gözəl yaşdayam. İndi bütün fikrim "Şəfa"dadır. Hədəfimizə çatmaq istəyirik. Amma təklif olarsa, yenidən legioner həyatı yaşamaq da olar. Niyə də yox?! Çünki indi daha diqqətli qərar verəcək yaşdayam.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri