Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Podqoritsa, 16 may, AZƏRTAC
Avropa İttifaqı Artım planı çərçivəsində Monteneqroya 27 milyon avro vəsait ödəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiç deyib.
“Bu, Monteneqro hökumətinin keçən il irəli sürdüyü islahat gündəliyinin dəyərini göstərir. Yaxın iki il ərzində Aİ Monteneqroya mərhələli şəkildə 383 milyon avro məbləğində vəsait ayıracaq. Həmin vəsait vətəndaşlara konkret fayda gətirən hərtərəfli islahatların həyata keçirilməsinə yönəldiləcək”, - deyə Miloyko Spayiç bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa