Baş nazir: Avropa İttifaqı Monteneqroya 27 milyon avro ayırıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Podqoritsa, 16 may, AZƏRTAC
Avropa İttifaqı Artım planı çərçivəsində Monteneqroya 27 milyon avro vəsait ödəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiç deyib.
“Bu, Monteneqro hökumətinin keçən il irəli sürdüyü islahat gündəliyinin dəyərini göstərir. Yaxın iki il ərzində Aİ Monteneqroya mərhələli şəkildə 383 milyon avro məbləğində vəsait ayıracaq. Həmin vəsait vətəndaşlara konkret fayda gətirən hərtərəfli islahatların həyata keçirilməsinə yönəldiləcək”, - deyə Miloyko Spayiç bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Avropa İttifaqı İordaniyaya 500 milyon avro kredit ayırıb
02 Aprel 2025 22:59
Avropa İttifaqı Sub Səhra Afrikası ölkələrinə 510 milyon avro ayırıb AZƏRTAC
19 Yanvar 2025 03:53
Avropa İttifaqı Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb AZƏRTAC
13 Yanvar 2025 16:38
Avropa İttifaqı Metanı 797 milyon avro cərimələdi
15 Noyabr 2024 11:41
Baş nazir: “Avropa İttifaqı Çinlə əlaqələrinə yenidən baxmalıdır”
09 Aprel 2025 13:03

