Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almatıya işgüzar sə
Ölkə.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən Ə.Əsədov rəqəmsal inkişaf və innovasiya məsələlərinin müzakirəsi, rəqəmsal transformasiya çağırışlarına birgə cavab axtarışı üçün səmərəli platforma təklif edən forumun əhəmiyyətini qeyd edib.
Bildirilib ki, Azərbaycan dövlət strategiyasının ən mühüm elementi kimi rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir.
Vurğulanıb ki, bu il yanvarın 16-da Azərbaycanda bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətinə çevrilən "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiqlənib.
Ə.Əsədov deyib: "Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir.
Hazırda biz Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq.
Süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk.