Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Baş nazir Digital Almaty 2025 beynəlxalq rəqəmsal forumunda iştirak edib

Baş nazir Digital Almaty 2025 beynəlxalq rəqəmsal forumunda iştirak edib

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almatıya işgüzar səfəri çərçivəsində "Digital Almaty 2025" beynəlxalq rəqəmsal forumunda iştirak edib.

Ölkə.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Ə.Əsədov rəqəmsal inkişaf və innovasiya məsələlərinin müzakirəsi, rəqəmsal transformasiya çağırışlarına birgə cavab axtarışı üçün səmərəli platforma təklif edən forumun əhəmiyyətini qeyd edib.

Bildirilib ki, Azərbaycan dövlət strategiyasının ən mühüm elementi kimi rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir.

Vurğulanıb ki, bu il yanvarın 16-da Azərbaycanda bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətinə çevrilən "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiqlənib.

Ə.Əsədov deyib:

"Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq. Süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsildir".

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda müasir, çevik qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir.

"Xüsusilə də bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti sadələşdirir, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir", - deyə Baş nazir əlavə edib.

Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastrukturun yaradılmasının zəruriliyini vurğulayan Ə.Əsədov yüksəksürətli internetə çıxışı bu infrastrukturun əsas elementlərdən biri kimi dəyərləndirib.

Baş nazir bildirib ki, internet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında "Onlayn Azərbaycan" layihəsini xüsusi qeyd etmək lazımdır:

"Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99 faizindən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub".

Qeyd olunub ki, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri "rəqəmsal hökumət" platformasının yaradılması olub. Dövlət qurumları arasında məlumat mübadiləsi prosesini tamamilə rəqəmsallaşdıran "Rəqəmsal körpü" milli məlumat mübadiləsi sistemi də tətbiq edilib. Dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün "Hökumət buludu" layihəsinə start verilib.

"Bütün bunlar "elektron hökumət"in inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi üçün zəruri olan davamlı, müasir və təhlükəsiz rəqəmsal infrastrukturun yaradılması istiqamətində həyata keçirilən layihələrin, sadəcə, kiçik bir hissəsidir", - deyə Baş nazir əlavə edib.

Rəqəmsal transformasiyanın təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək üçün bir fürsət olduğunu bildirən Ə.Əsədov Azərbaycanın davamlı rəqəmsal gələcəyin yaradılması istiqamətində birgə fəaliyyəti davam etdirməyə hazır olduğunu ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri