Baş naziri qətlə yetirən şəxsə ömürlük həbs cəzası verildi | Icma.az
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiya məhkəməsi keçmiş Baş nazir Şinzo Abeni qətlə yetirməkdə ittiham olunan şəxsə ömürlük həbs cəzası verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesi oktyabr ayından dekabr ayına qədər davam edib və 15 dinləmə keçirilib.
Məlumata görə, 45 yaşlı Tetsuyo Yamaqami qətl və bir neçə başqa cinayətdə günahını etiraf edib.
İstintaq müəyyən edib ki, Yamaqami 2022-ci ilin iyul ayında Yaponiyanın qərbindəki Nara şəhərində keçirilən seçki kampaniyası zamanı Abeni evdə hazırlanmış silahla güllələyərək öldürüb.
Siyasətçi kürəyindən iki dəfə güllələnib. Boynuna və sinəsinə dəyən ikinci güllə ölümcül olub. Abe qan itkisindən həyatını itirib.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs ailəsinin faciəsinin Birləşmə Kilsəsi kimi tanınan dini təşkilatla əlaqəli olduğunu iddia edib.
O, anasının qrupa böyük miqdarda ianə etdiyini və bunun ailənin müflisləşməsinə və uşaqların dolanışıq imkanlarından məhrum edilməsinə səbəb olduğunu bildirib.
Tam oxu
Xəbəri oxu