Baş naziri qətlə yetirən şəxsə ömürlük həbs cəzası verildi
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiya məhkəməsi keçmiş Baş nazir Şinzo Abeni qətlə yetirməkdə ittiham olunan şəxsə ömürlük həbs cəzası verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesi oktyabr ayından dekabr ayına qədər davam edib və 15 dinləmə keçirilib. Məlumata görə, 45 yaşlı Tetsuyo Yamaqami qətl və bir neçə başqa cinayətdə günahını etiraf edib.
İstintaq müəyyən edib ki, Yamaqami 2022-ci ilin iyul ayında Yaponiyanın qərbindəki Nara şəhərində keçirilən seçki kampaniyası zamanı Abeni evdə hazırlanmış silahla güllələyərək öldürüb. Siyasətçi kürəyindən iki dəfə güllələnib. Boynuna və sinəsinə dəyən ikinci güllə ölümcül olub. Abe qan itkisindən həyatını itirib.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs ailəsinin faciəsinin Birləşmə Kilsəsi kimi tanınan dini təşkilatla əlaqəli olduğunu iddia edib. O, anasının qrupa böyük miqdarda ianə etdiyini və bunun ailənin müflisləşməsinə və uşaqların dolanışıq imkanlarından məhrum edilməsinə səbəb olduğunu bildirib. İanələrin təxminən 100 milyon yen (təxminən 740.000 dollar) olduğu bildirilib.
Yamaqami məhkəmədə bildirib ki, anasının dini inanclarına qarşı çıxan böyük qardaşının intiharından sonra qisas planlarını qurmağa başlayıb. O, Abeni hədəf seçib və onu siyasəti təşkilatla əlaqələndirən əsas fiqur hesab edib.
Abe 8 iyul 2022-ci ildə Nara prefekturasında keçirilən mitinq zamanı güllələnərək öldürülüb. Onun dəfn mərasimi və kremasiyası 12 iyulda, dövlət səviyyəsində dəfn mərasimi isə həmin ilin 27 sentyabrında baş tutub.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 21 Yanvar 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















