Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Şuşada Qlobal Media Forumunun keçirilməsi artıq ənənəvi hal alıb.
Forumda müxtəlif ölkələrdən jurnalistlər, media ekspertləri, ictimai xadimlər iştirak edirlər. Bu, sayca 3-cüdür.
Forumun əhəmiyyətindən danışarkən onu qeyd edək ki, Şuşa şəhərinin seçilməsinin həm simvolik, həm də strateji əhəmiyyəti var.
Bütün dünyaya bir daha Qarabağın azadlığı və tarixi Azərbaycan torpaqları olması ilə bağlı mesaj verilir".Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən meqa layihələrlə, aparılan abadlıq-quruculuq işləri ilə, regiondakı yeni reallıqlarla dünyanın 52-dən çox ölkəsini təmsil edən 140-dan çox media təmsilçisi tanış olmaq imkanı əldə edirlər:“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” günümüzün reallqılarından dır.
Bu Forumda da bu məsələ ətrafında müxtəlif fikirlər səsələndirilir, mövqelər öyrənilir.
Çox istiqamətli panellərdə bütün nüanslar müzakirə edilir. Media quruluşları, jurnalistlər üçün bu çox vacibdir.
Müasir dünyada dezinformasiyalar, Saxta xəbərlər bütün cəmiyyətləri təhdid edir.