Icma.az
close
up
RU
Baş redaktor: Şuşada keçirilən Qlobal Media Forumu media quruluşları, jurnalistlər üçün çox vacibdir

Baş redaktor: Şuşada keçirilən Qlobal Media Forumu media quruluşları, jurnalistlər üçün çox vacibdir

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şuşada Qlobal Media Forumunun keçirilməsi artıq ənənəvi hal alıb. Forumda müxtəlif ölkələrdən jurnalistlər, media ekspertləri, ictimai xadimlər iştirak edirlər. Bu, sayca 3-cüdür. Forumun əhəmiyyətindən danışarkən onu qeyd edək ki, Şuşa şəhərinin seçilməsinin həm simvolik, həm də strateji əhəmiyyəti var. Bütün dünyaya bir daha Qarabağın azadlığı və tarixi Azərbaycan torpaqları olması ilə bağlı mesaj verilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən meqa layihələrlə, aparılan abadlıq-quruculuq işləri ilə, regiondakı yeni reallıqlarla dünyanın 52-dən çox ölkəsini təmsil edən 140-dan çox media təmsilçisi tanış olmaq imkanı əldə edirlər:
“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” günümüzün reallqılarından dır. Bu Forumda da bu məsələ ətrafında müxtəlif fikirlər səsələndirilir, mövqelər öyrənilir. Çox istiqamətli panellərdə bütün nüanslar müzakirə edilir. Media quruluşları, jurnalistlər üçün bu çox vacibdir. Müasir dünyada dezinformasiyalar, Saxta xəbərlər bütün cəmiyyətləri təhdid edir. Ona görə də müasir dünyada media yeni reallıqları daha dərindən təhlil etməli, süni intellekt dövründə jurnalsitikanın yeni prinsipləri müəyyənləşməlidir".
O qeyd edib ki, forumda Prezident İlham Əliyevin iştirakı və jurnalistlərin suallarını cavablandırması tədbirin əhəmiyyətini daha da yüksəldir:
"Prezident müxtəlif məzmunlu suallara cavablandıraraq, Azərbaycanın beynəlxalq sferada və regional anlamda həyata keçirdiyi strateji mövqeyini bütün dünyaya bir daha çatdırdı. Eyni zamanda Azərbaycanın yeni dünya düzənində oynadığı siyasi və iqtisadi rola xüsusi diqqət çəkdi. Bu cavablar Azərbaycanın beynəlxalq aktor olaraq dünyadakı mövqeyinin göstəricisidir. Forum artıq 3-cü gündür ki, öz işini davam etdirir. Müxtəlif formatlatda və mövzularda panellər keçirilir. Medianın müasir çağırışlara adekvatlılığı, süni intellektin müasir jurnalsitikaya təsirləri, dezinformasiyaya qarşı mübarizə formaları müzakirə edilir. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu müzakirələr müasir jurnalistikanın problmelərinin öyrənilməsi və çıxış yollarının axtarılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu Forum eyni zamanda media müstəvisində əməkdaşlıq modellərininn öyrənilməsi baxımından da əhmiyyətlidir. 
Hər kəs bilir ki, media ictimai rəyə nəinki təsir edir, eyni zamanda onu istiqamətləndirir. Buna görə də medianın qlobal və regional təhlükəsizlikdə böyük rolunu qiymərləndirmək lazımdır. Forumun hesab edirəm ki, əsas hədəflərindən biri cəmiyyətlərin dezinformasiyalardan qorunmasında, media savadlılığının artırılmasında birgə səylərin və mexanizmlərin tapılaması istiqamətində aparılan müzakirələri xüsusi ilə əhəmiyyətlidir. Ümumiyyətlə, 3-cü Şuşa Qlobal Media Forumu həm mövzu baxımından, həm də verilən mesajlar baxımından strateji əhəmiyyət daşıyır. 
Çağdaş media mühiti, media savadlılığı, süni intellekt, jurnalistikanın gələcəyi və dezinformasiyalardan qorunmaq istiqmətində aparılan bütün müzakirələr bir daha bu Forumun əhəmiyyətinin əsas göstəriciləridir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri