Basketbol yığmamızda yeni baş məşqçi

20.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Basketbol üzrə Azərbaycan millisinə yeni təyinat gerçəkləşib.

İdman.biz xəbər verir ki, "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker yığmamızda çalışacaq.

Azərbaycanın oğlanlardan ibarət U-16 millisi türkiyəli mütəxəssisə həvalə olunub. O, yığmada da baş məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tokerin U-16 milli ilə ilk sınağı Avropa çempionatının C divizionu olacaq. İyulun 5-13-də Albaniyada keçiriləcək yarışda komanda B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllütariqlə mübarizə aparacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью