Basketbol yığmamızda yeni baş məşqçi
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Basketbol üzrə Azərbaycan millisinə yeni təyinat gerçəkləşib.
İdman.biz xəbər verir ki, "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker yığmamızda çalışacaq.
Azərbaycanın oğlanlardan ibarət U-16 millisi türkiyəli mütəxəssisə həvalə olunub. O, yığmada da baş məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Tokerin U-16 milli ilə ilk sınağı Avropa çempionatının C divizionu olacaq. İyulun 5-13-də Albaniyada keçiriləcək yarışda komanda B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllütariqlə mübarizə aparacaq.
İdman.biz

Yığmamızda yeni məşqçi
03 İyun 2025 15:22
Basketbol üzrə milli komandalarda baş məşqçi təyinatları
23 May 2025 13:55
Ordu basketbol klubuna yeni məşqçi dəvət olunub
05 Sentyabr 2025 10:21
Naxçıvan basketbol klubunda məşqçi təyinatı olub
29 Sentyabr 2025 17:37
“Gəncə” basketbol komandası baş məşqçi ilə müqaviləni yeniləyib
23 Sentyabr 2025 12:39

