Icma.az, Bizim media portalına istinadən məlumat yayır. İsraillə Livanın “Hizbullah” hərəkatı arasında 6 gün əvvəl əldə edilən və 60 günlüyə
Hərəkat qeyd edib ki, onların hərəkətləri “İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına” cavabdır.İsrail isə atəşkəsi “Hizbullah” hərə
Qruplaşmanın addımına cavab olaraq İsrail də “Hizbullah”ın mövqelərini atəşə tutub.
İsrail ordusu “Hizbullah”ın raket hücumundan sonra Livandakı hədəflərinə hücumun başladığını açıqlayıb.Qeyd edək ki, İsrail və Hizbullah arasında atəşkəs razılaşması keçən həftə qüvvəyə minib.
Onun şərtlərinə görə, İsrail ordusu Livan ərazisindən mərhələli şəkildə geri çəkiləcək və həmin ərazi Livan ordusunun sərəncamına veriləcək.
“Hizbullah” isə Livanın cənubunu tərk edir.Atəşkəs niyə bitdi?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə, “Hizbullah”la İsrail arasında atəşkəsin pozulması Suriya cəbhəsində gərginliyin intensivləşməsilə bağlıdır:“Suriya cəbhəsində baş qaldıran intensiv hərbi əməliyyatlar fonunda “Hizbullah” və İran qüvvələri daha çox məhz bu cəbhəyə inteqrasiya olunmaq məcburiyyətində qalıblar.
Yəni bir neçə cəbhədə vuruşmaq məcburiyyətində qalan İsrail ordusu təbii müttəfiqlər meydana çıxdı”.Həmsöhbətimiz qeyd edir ki, mövcud vəziyyətdə İsrail üçün Livan cəbhəsində münbit şərait yaranıb:“Azad Suriya Ordusunun başladığı Hələb əməliyyatı da bunun bir fazasıdır.
Proses onu da göstərir ki, müxalifətin Dəməşq rejiminə qarşı hücumları davam edir.