Icma.az
close
up
RU
Başlamadan bitən ATƏŞKƏS İsraillə Hizbullahı kim “barışmağa” QOYMADI?

Başlamadan bitən ATƏŞKƏS İsraillə Hizbullahı kim “barışmağa” QOYMADI?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında 6 gün əvvəl əldə edilən və 60 günlüyə nəzərdə tutulan atəşkəs razılaşması yenidən pozulub.
Belə ki, bazar ertəsi səhər saatlarında Hizbullah İsraillə atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Livanın cənub-şərqindəki Kfar Şuba kəndi ərazisindən İsrail ordusunun mövqelərinə hücum etdiyini açıqlayıb. Hərəkat qeyd edib ki, onların hərəkətləri “İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına” cavabdır.
İsrail isə atəşkəsi “Hizbullah” hərəkatının pozduğunu bildirib. Qruplaşmanın addımına cavab olaraq İsrail də “Hizbullah”ın mövqelərini atəşə tutub. İsrail ordusu “Hizbullah”ın raket hücumundan sonra Livandakı hədəflərinə hücumun başladığını açıqlayıb.
Qeyd edək ki, İsrail və Hizbullah arasında atəşkəs razılaşması keçən həftə qüvvəyə minib. Onun şərtlərinə görə, İsrail ordusu Livan ərazisindən mərhələli şəkildə geri çəkiləcək və həmin ərazi Livan ordusunun sərəncamına veriləcək. “Hizbullah” isə Livanın cənubunu tərk edir.
Atəşkəs niyə bitdi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə, “Hizbullah”la İsrail arasında atəşkəsin pozulması Suriya cəbhəsində gərginliyin intensivləşməsilə bağlıdır:
“Suriya cəbhəsində baş qaldıran intensiv hərbi əməliyyatlar fonunda “Hizbullah” və İran qüvvələri daha çox məhz bu cəbhəyə inteqrasiya olunmaq məcburiyyətində qalıblar. Yəni bir neçə cəbhədə vuruşmaq məcburiyyətində qalan İsrail ordusu təbii müttəfiqlər meydana çıxdı”.
Həmsöhbətimiz qeyd edir ki, mövcud vəziyyətdə İsrail üçün Livan cəbhəsində münbit şərait yaranıb:
“Azad Suriya Ordusunun başladığı Hələb əməliyyatı da bunun bir fazasıdır. Proses onu da göstərir ki, müxalifətin Dəməşq rejiminə qarşı hücumları davam edir. Bu isə o deməkdir ki, istər-istəməz “Hizbullah” diqqəti Suriya cəhbəsinə yönəltməyə məcburdur. Belədə, Livan cəbhəsində “Hizbullah”ın mövqelərində ciddi zəifləmələr baş verir. İsrail də həmin münbit şəraitdən istifadə etmək qərarını verir. Şübhə yoxdur ki, İsrail hava hücumlarından sonra Livanın cənubunda qısa müddətli qalma əməliyyatına da keçid edəcək”.
Rüfət Sultan, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri