Batumidən qalxan təyyarə təcili eniş etdi

09.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın Batumi şəhərindən yola düşən iki nəfərlik özəl təyyarə mühərrikində yaranan texniki nasazlıq səbəbindən Türkiyənin Rize sahillərində Qara dənizə təcili eniş edib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, təyyarədə olan hər iki şəxs xilas edilib.

Rize valisi Səlim Baydaş bildirib ki, təyyarədə olan iki Belçika vətəndaşı sahil mühafizə əməkdaşları tərəfindən xilas olunub.

Onların həyatları üçün təhlükə olmadığı qeyd edilib.

Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarə Batumi hava limanından Ordu-Giresun hava limanına uçarkən mühərrik nasazlığı səbəbindən fövqəladə vəziyyət elan edib.

Təyyarənin Rize-Artvin hava limanından təxminən 4 dəniz mili şimal-qərbdə, Pazar rayonu sahillərində Qara dənizə təcili eniş etdiyi bildirilib. 

Hadisə yerinə Türkiyə Sahil Mühafizəsi bölmələri cəlb olunub. Xilasedicilər hər iki sərnişini təxliyə edərək ehtiyat tədbiri olaraq xəstəxanaya çatdırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью