Batumidən qalxan təyyarə təcili eniş etdi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanın Batumi şəhərindən yola düşən iki nəfərlik özəl təyyarə mühərrikində yaranan texniki nasazlıq səbəbindən Türkiyənin Rize sahillərində Qara dənizə təcili eniş edib.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, təyyarədə olan hər iki şəxs xilas edilib.
Rize valisi Səlim Baydaş bildirib ki, təyyarədə olan iki Belçika vətəndaşı sahil mühafizə əməkdaşları tərəfindən xilas olunub.
Onların həyatları üçün təhlükə olmadığı qeyd edilib.
Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarə Batumi hava limanından Ordu-Giresun hava limanına uçarkən mühərrik nasazlığı səbəbindən fövqəladə vəziyyət elan edib.
Təyyarənin Rize-Artvin hava limanından təxminən 4 dəniz mili şimal-qərbdə, Pazar rayonu sahillərində Qara dənizə təcili eniş etdiyi bildirilib.
Hadisə yerinə Türkiyə Sahil Mühafizəsi bölmələri cəlb olunub. Xilasedicilər hər iki sərnişini təxliyə edərək ehtiyat tədbiri olaraq xəstəxanaya çatdırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Sentyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















