Bavariya nın zədəli futbolçusu bu ayın sonunda meydanlara dönə bilər

20.10.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala sentyabr ayında Almaniya millisinin düşərgəsində aldığı bud zədəsindən sonra yaşıl meydanlara qayıtmağa yaxındır.

Sportal.az xəbər verir ki, Musiala UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Arsenal”a və Bundesliqanın 7-ci turunda “Frayburq”a qarşı keçiriləcək oyunları buraxacaq.

23 yaşlı yarımmüdafiəçinin oktyabrın 28-də Almaniya Kubokunda “Maqdeburq”a və ya oktyabrın 31-də Bundesliqada Dortmund “Borussiya”sına qarşı keçiriləcək matçda meydana qayıtması mümkündür.

Xatırladaq ki, Musiala sentyabr ayında Almaniya millisinin düşərgəsində olarkən zədələnib. Tibbi müayinələr nəticəsində futbolçunun bud əzələsində qismən yırtıq aşkarlanıb.

Musiala 2026/27 mövsümündə “Bavariya”nın heyətində bütün turnirlər üzrə 4 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью