Bavariya nın zədəli futbolçusu bu ayın sonunda meydanlara dönə bilər
Icma.az bildirir, Sportal.az portalına istinadən.
“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala sentyabr ayında Almaniya millisinin düşərgəsində aldığı bud zədəsindən sonra yaşıl meydanlara qayıtmağa yaxındır.
Sportal.az xəbər verir ki, Musiala UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Arsenal”a və Bundesliqanın 7-ci turunda “Frayburq”a qarşı keçiriləcək oyunları buraxacaq.
23 yaşlı yarımmüdafiəçinin oktyabrın 28-də Almaniya Kubokunda “Maqdeburq”a və ya oktyabrın 31-də Bundesliqada Dortmund “Borussiya”sına qarşı keçiriləcək matçda meydana qayıtması mümkündür.
Xatırladaq ki, Musiala sentyabr ayında Almaniya millisinin düşərgəsində olarkən zədələnib. Tibbi müayinələr nəticəsində futbolçunun bud əzələsində qismən yırtıq aşkarlanıb.
Musiala 2026/27 mövsümündə “Bavariya”nın heyətində bütün turnirlər üzrə 4 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Oktyabr 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















