Bavariyanın kapitanı Manuel Noyerin qabırğası sınıb

09.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın "Bavariya" futbol klubunun qapıçısı və kapitanı Manuel Noyer qabırğası sınıb.

APA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə “Bavariya”nın baş məşqçisi Vinsent Kompani məlumat verib.

“Onun qabırğası sınıb. O, yəqin ki, bu il bir daha oynamayacaq. Əsas odur ki, o, indi sağalsın, ümid edirəm ki, Manuel yanvarda bizimlə olacaq”, - Kompani qeyd edib.

Xatırladaq ki, "Bavariya"nın 38 yaşlı qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 4-cü turunda "Verder"lə oyun öncəsi isinmə hərəkətləri edən zaman zədələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью