Bavariyanın kapitanı Manuel Noyerin qabırğası sınıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Almaniyanın "Bavariya" futbol klubunun qapıçısı və kapitanı Manuel Noyer qabırğası sınıb.
APA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə “Bavariya”nın baş məşqçisi Vinsent Kompani məlumat verib.
“Onun qabırğası sınıb. O, yəqin ki, bu il bir daha oynamayacaq. Əsas odur ki, o, indi sağalsın, ümid edirəm ki, Manuel yanvarda bizimlə olacaq”, - Kompani qeyd edib.
Xatırladaq ki, "Bavariya"nın 38 yaşlı qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 4-cü turunda "Verder"lə oyun öncəsi isinmə hərəkətləri edən zaman zədələnib.

Bavariyanın kapitanı Manuel Noyerin qabırğası sınıb
10 Dekabr 2024 01:01
Bavariya klubunun qapıçısı Manuel Noyerin qabırğası sınıb
10 Dekabr 2024 08:56
Noyerin qabırğası qırılıb
10 Dekabr 2024 12:47
Bavariya Manuel Noyerin yerinə Brayton un qolkiperini transfer edəcək
29 Mart 2025 20:26
Manuel Noyer daha iki il Bavariyanın şərəfini qoruyacaq
17 Dekabr 2024 17:03

