Icma.az bildirir, Redaktor.az portalına istinadən. Prezident İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində bir çox mövzular
Bunlardan biri də ölkəmizin hərbi gücünün artırılması ilə bağlıdır.
Dövlət başçısı deyib ki, 2025-ci ildə hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən 5 milyard dollardır.
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Redaktor.az-a açıqlamasında bildirdi ki, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə uğur qazana bilmərik.
Onun sözlərinə görə, buna görə də sərhəd xəttini möhkənləndirmək və ordunu ən müasir texnikalarla təmin etmək əsas prioritetlərdəndir: "Cənab Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında ölkə qarşısında duran bəzi vəzifələr haqqında danışarkən bildirib ki, bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır.
Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə və müharibə ocaqlarının yaradılması, ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.
Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilərik.
Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Uzunluğu 500 kilometr olan sərhəd mürəkkəb relyefli ərazilərdən keçir.