Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı... Komitə sədrindən AÇIQLAMA

Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı... Komitə sədrindən AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Prezident İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində bir çox mövzulara toxunub. Bunlardan biri də ölkəmizin hərbi gücünün artırılması ilə bağlıdır. Dövlət başçısı deyib ki, 2025-ci ildə hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən 5 milyard dollardır.

Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Redaktor.az-a açıqlamasında bildirdi ki, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə uğur qazana bilmərik. Onun sözlərinə görə, buna görə də sərhəd xəttini möhkənləndirmək və ordunu ən müasir texnikalarla təmin etmək əsas prioritetlərdəndir:

"Cənab Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında ölkə qarşısında duran bəzi vəzifələr haqqında danışarkən bildirib ki, bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə və müharibə ocaqlarının yaradılması, ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilərik. Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Uzunluğu 500 kilometr olan sərhəd mürəkkəb relyefli ərazilərdən keçir. Sərhəd xəttini möhkənləndirmək üçün müasir istehkam qurğularının qurulmasına ehtiyac var. Əsasən, yüksəkliklərdə hərbi xidmət keçmək üçün yeni komandoların, hərbi birləşmələrin yaradılması zəruridir. Xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ən müasir texnika və texnologiyalarla təmin edilməsi prosesi davam etdirilməlidir".

Komitə sədri bildirdi ki, müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,5 milyard manata çatdırılması nəzərdə tutulur.

"Prezidentin Rossiya -1 telekanalına verdiyi müsahibədə də prioritet istiqamət kimi məhz müdafiə və təhlükəsizliyi qeyd etməsi regionda baş verən son hadisələrlə bağlıdır. Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsiziliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində ən mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulub. Müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,5 milyard manata çatdırılması nəzərdə tutulur. Xərclərin əsas istiqamətləri müdafiə qüvvələri, milli təhlükəsizlik, sərhəd xidməti ,o cümlədən, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərdir. Müdafiə və xüsusi xidmət, hüquq-mühafizə orqanlarında șəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı məsələlər də layihədə nəzərə alınıb".

Arzu Nağıyev 2025-ci ildə hərbi qulluqçular üçün nəzərdə tutulan kompensasiya, zəruri xərclərin təminatı və mənzillə təmin olunması üçün ümumilikdə 50 milyon manat vəsaitin ayrılacağını dedi.

"Eyni zamanda kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara - ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla - ödənilən pul kompensasiyası üçün 2025-ci ilin dövlət büdcəsində 15 milyon manat, 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması, zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat məbləğində vəsaitin nəzərdə tutulur", - deyə komitə sədri qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri