Icma.az bildirir, futbolpress-az portalına istinadən. Premyer Liqada 13 turdan sonra 20 xalla 6-cı sırada qərarlaşan “Araz-Naxçıvan” kubokda
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Kəpəz” səddini aşa bilməyib – 0:1.
Mövsümə avrokuboklarla başlayan Naxçıvan təmsilçisi Yunanıstanın “Aris” komandasını keçməklə haqqında müsbət fikirlər yaratdı.
Bakıda qələbə qazanan, səfərdə heç-heçə edən “Araz-Naxçıvan”ın tarixində ilk dəfə iştirak etdiyi avrokuboklara uğurlu start verməsi komandadan gözləntiləri artırdı.
Lakin növbəti turda “Omoniya”ya hər iki matçda böyük hesabla uduzmaq fikirləri yenidən dağıtdı.
Yayda heyətini Patrik Andrade, Coşqun Diniyev, Ba-Muaka Simakala, Hamidu Keyta kimi təcrübəli adlarla gücləndirən “Araz-Naxçıvan” “üçlüy”ə əsas namizədlərdən göstərilirdi.
Premyer Liqaya bir heç-heçə, üç qələbə ilə başlayan, bir müddət liderlik postunda əyləşən naxçıvanlılar son dönəmlərdə enişdədir.
Son 7 rəsmi oyunda cəmi 1 qələbə qazanan “Araz-Naxçıvan”da artıq baş məşqçi dəyişikliyi də gündəmə gəlib.