Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Baxşıyev və “Araz Naxçıvan” üçün SOS

Baxşıyev və “Araz Naxçıvan” üçün SOS

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Premyer Liqada 13 turdan sonra 20 xalla 6-cı sırada qərarlaşan “Araz-Naxçıvan” kubokda da mübarizəni dayandırıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Kəpəz” səddini aşa bilməyib – 0:1.

Mövsümə avrokuboklarla başlayan Naxçıvan təmsilçisi Yunanıstanın “Aris” komandasını keçməklə haqqında müsbət fikirlər yaratdı. Bakıda qələbə qazanan, səfərdə heç-heçə edən “Araz-Naxçıvan”ın tarixində ilk dəfə iştirak etdiyi avrokuboklara uğurlu start verməsi komandadan gözləntiləri artırdı. Lakin növbəti turda “Omoniya”ya hər iki matçda böyük hesabla uduzmaq fikirləri yenidən dağıtdı.

Yayda heyətini Patrik Andrade, Coşqun Diniyev, Ba-Muaka Simakala, Hamidu Keyta kimi təcrübəli adlarla gücləndirən “Araz-Naxçıvan” “üçlüy”ə əsas namizədlərdən göstərilirdi. Premyer Liqaya bir heç-heçə, üç qələbə ilə başlayan, bir müddət liderlik postunda əyləşən naxçıvanlılar son dönəmlərdə enişdədir.

Son 7 rəsmi oyunda cəmi 1 qələbə qazanan “Araz-Naxçıvan”da artıq baş məşqçi dəyişikliyi də gündəmə gəlib. Buna qədər də hər xal itkisində Elmar Baxşıyevin göndəriləcəyi ilə bağlı xəbərlər çıxmaqda idi. Bəs problem Baxşıyevdədirmi?

Ötən mövsüm daha zəif heyətlə avrokuboklara vəsiqə qazanan, Konfrans Liqasında tarixində ilk qələbəni komandaya qazandıran da Baxşıyev olub. Düzdür, sıxıntılı dönəmlərdə ilkin çıxış yolu məşqçi dəyişikliyidir, amma indiki məqamda “Araz-Naxçıvan”a konkret problemin nədən qaynaqlandığı məlum deyil.

Kubokda “Kəpəz”ə məğlub olduqları matçdan sonra Baxşıyevin “komandanı bir müddətdir, tanıya bilmirəm” deməsi də qəribədir. Bu komandanı yığan məhz odur, inkar etsə, deməli klubda komanda ilə bağlı qərarı verən o deyil, başqa qüvvələrdir. Hər bir halda, komanda üçün gedişat yaxşı deyil.

Premyer Liqada növbəti oyun “Kəpəz”ə qarşı olacaq. Bu matçda da xal itkisi yaşansa, artıq Baxşıyevlə yollar böyük ehtimalla ayrılacaq. Kubokun əldən getməsi, avrokuboklar mübarizəsindən yavaş-yavaş qopma mütəxəssisin klubdakı sonunu yaxınlaşdıran əsas amillərdir.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri