Bayağı ifaçıları “boykot” çağırışı | Icma.az
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Elgiz Əkbər öz verilişində çağırış edib ki, bayağı, şit, səsi olmayan, amma ulduz kimi təqdim olunan ifaçılar boykot olunsun.
Onun fikrincə, televiziya və radionun missiyası insanları maarifləndirmək, gündəmdəki məsələləri işıqlandırıb müzakirə etmək, insanların gündəlik qarşılaşdığı problemləri gündəmə gətirmək, dünyada baş verən hadisələri operativ şəkildə çatdırmaq, düşündürmək, əyləndirməkdir.“O missiyalardan biri də insanların musiqi zövqünü formalaşdırmaqdır.
Efir vasitəsilə həmkarlarıma səslənirəm, təklif edirəm ki, bayağı, şit, səsi olmayan, amma ulduz kimi təqdim olunan ifaçıları boykot edək.
Hamımız söz verək onları efirə dəvət etməyək. Bu siyahıda mən birinciyəm.
Qoşulursunuzsa, bunu edək, amma əgər bu tərəfdən qoşulub, digər tərəfdən efirinizə həmin ifaçıları çağıracaqsınızsa, o zaman sözüm yoxdur”, - aparıcı əlavə edib.Bu çağırışa mütəxəssislərin münasibəti necədir?
Hansı müğənnilərdən söhbət gedir və onları necə təsnifatlaşdırmaq olar?Əlbəttə ki, televiziya və radio yalnız əyləncə vasitəsi deyil, eyni zamanda maarifləndirici və tərbiyəvi funksiyaya malik platformalardır.
Bu baxımdan, efirdə təqdim olunan sənətçilərin kimliyi, səviyyəsi və təqdim etdiyi kontentin keyfiyyəti birbaşa ictimai zövqə təsir edir.
Tam oxu
Xəbəri oxu