Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Bayağı ifaçıları “boykot” çağırışı

Bayağı ifaçıları “boykot” çağırışı

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aparıcı Elgiz Əkbər öz verilişində çağırış edib ki, bayağı, şit, səsi olmayan, amma ulduz kimi təqdim olunan ifaçılar boykot olunsun. Onun fikrincə, televiziya və radionun missiyası insanları maarifləndirmək, gündəmdəki məsələləri işıqlandırıb müzakirə etmək, insanların gündəlik qarşılaşdığı problemləri gündəmə gətirmək, dünyada baş verən hadisələri operativ şəkildə çatdırmaq, düşündürmək, əyləndirməkdir.

“O missiyalardan biri də insanların musiqi zövqünü formalaşdırmaqdır. Efir vasitəsilə həmkarlarıma səslənirəm, təklif edirəm ki, bayağı, şit, səsi olmayan, amma ulduz kimi təqdim olunan ifaçıları boykot edək. Hamımız söz verək onları efirə dəvət etməyək. Bu siyahıda mən birinciyəm. Qoşulursunuzsa, bunu edək, amma əgər bu tərəfdən qoşulub, digər tərəfdən efirinizə həmin ifaçıları çağıracaqsınızsa, o zaman sözüm yoxdur”, - aparıcı əlavə edib.

Bu çağırışa mütəxəssislərin münasibəti necədir? Hansı müğənnilərdən söhbət gedir və onları necə təsnifatlaşdırmaq olar?

Əlbəttə ki, televiziya və radio yalnız əyləncə vasitəsi deyil, eyni zamanda maarifləndirici və tərbiyəvi funksiyaya malik platformalardır. Bu baxımdan, efirdə təqdim olunan sənətçilərin kimliyi, səviyyəsi və təqdim etdiyi kontentin keyfiyyəti birbaşa ictimai zövqə təsir edir. Tele-tənqidçilər də qeyd edir ki, son dövrlər efirdə ard-arda təqdim olunan bayağı musiqilər, səviyyəsiz kliplər və özünü “ulduz” kimi təqdim edən, amma nə səsi, nə də sənət düşüncəsi olmayan şəxslər cəmiyyətin musiqi zövqünü korlayır. Bu cür müğənnilər adətən qalmaqallı şəxsi həyatları, sosial şəbəkələrdəki reallıqdan uzaq görüntüləri, şişirdilmiş reklam kampaniyaları və ya müəyyən dairələrin dəstəyi ilə gündəmdə saxlanılır. Onlar tədricən əsl sənətçiləri kölgədə qoyur, gənc nəslin musiqiyə və sənətə olan baxışını zəhərləyirlər.

Tele-tənqidçilər həmçinin qeyd edir ki, bu cür müğənniləri boykot yoluyla efirlərdən uzaqlaşdırmaq mümkün deyil, amma efirdə yer verilməməsi onların təsir gücünü zəiflədə bilər. Əsas məsələ isə tamaşaçının və dinləyicinin də seçiciliyini artırmaq, musiqini əyləncədən çox sənət kimi qəbul etdirməkdir.

Əməkdar jurnalist, tele-tənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Əslində, aparıcı Elgiz Əkbərin müraciəti normal və yerində bir müraciətdir. Televiziyada uzun müddət aparıcılıq edən, müəyyən zövqə və aparıcılıq qabiliyyətinə malik bir adamın çağırışıdır. İndi təsəvvür edin, televiziya kanallarında vəziyyət hansı həddə çatıb ki, əsasən əyləncə yönümlü verilişin aparıcısı belə bu duruma etiraz edir.

Söhbət, əlbəttə, elə müğənnilərdən gedir ki, onlar sözün əsl mənasında ciddi istedad sahibi deyillər, lakin bu telekanaldan çıxıb digərinə keçir, verilişlərdə tez-tez qonaq olurlar. Təbii ki, onların məqsədi sənəti inkişaf etdirmək və ya yüksək zövq formalaşdırmaq deyil. Bu cür istedadsız müğənnilərin əksəriyyətinin efirə çıxmasının əsas səbəbi toylara yol açmaq, dəvət almaqdır. Yəni televiziyadan bir vasitə kimi istifadə edirlər. Diqqət yetirirəm ki, artıq “YouTube” kanallarında da bu cür müğənnilər üstünlük təşkil etməyə başlayıb.

Əslində, elə bir vəziyyət olmalı idi ki, televiziya bu hala düşməyəydi, istedadsız müğənnilər efiri işğal etməyəydi və belə çağırışlara ehtiyac qalmayaydı. Lakin vəziyyət artıq bu həddə çatıb. Özəl televiziya kanallarında bu, ciddi problemdir. Müğənni gəlib efirə çıxmaq üçün pul ödəyir və bəzən buna haqq da qazandırılır, guya həmin müğənni televiziya kanalına və ya kiməsə maddi dəstək verir.

Ona görə də ölçülər müəyyən olunmalıdır. İstedadın göstəricisi hər halda efirə çıxmaq bacarığı deyil, bu, sənət duyğusu olan hər kəsə bəllidir. Əgər bu təşəbbüs mahiyyətcə davamlı olacaqsa, prosesin nəticəsi də olacaq. Təəssüf ki, çox şey aparıcıdan asılı olmur. Aparıcılara göstəriş verilir ki, filan müğənnini dəvət etsinlər. O da ya verilişdən imtina etməli, ya da məcbur olub həmin müğənnini efirə çağırmalıdır. Bu, bir qədər mürəkkəb məsələdir və ümid edək ki, hər halda bu çağırış müəyyən effekt verəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri