Baydenin korrupsiya “bumeranqı”, Trampın ŞƏRHİ | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 31 yanvar, Rabil Kətanov, AZƏRTAC Bu günlərdə ABŞ-ın Nyu-York federal məhkəməsinin demokrat senatoru Bob Menendesi xarici dövlətlərin maraqlarını qanunsuz senatda müdafiə etməsinə görə 11 il azadlıqdan məhrum etməsi dünya informasiya agentliklərinin baş xəbəri oldu.İlk baxışdan demokratik, sərbəst bazar iqtisadiyyatına malik olan ABŞ-da korrupsiya əməllərinin olmaması haqqında böyük təsəvvürlər mövcud idi.
Lakin real həyatda ABŞ heç də düşünüldüyü kimi “süddən çıxan ağ qaşıq” deyil. Məhkəmə sübuta yetirdi ki, B.
Menendes Nyu-Yorkda fəaliyyət göstərən biznesmenlərdən külli miqdarda rüşvət alaraq, onlara havadarlıq edərək vergidən yayınmalarına imkan yaradırdı.
Digər tərəfdən o, xarici ölkələrdən, konkret Misir və Qətərdən rüşvət alaraq senatda bu ölkəyə silah satışının asanlaşmasına yardım edirdi.
ABŞ Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham olunan senatorun evində aparılan axtarış zamanı 500 min dollar pul tapılıb. B.
Menendeslə yanaşı ona rüşvət verən biznesmenlər də müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
ABŞ mətbuatı (“Today USA”, “Voice of America” və başqaları) bu kimi faktları Prezident C.Baydenin zəif lider olması ilə əlaqələndirirlər.
Tam oxu
Xəbəri oxu