Icma.az
close
up
RU
Baydenin korrupsiya “bumeranqı”, Trampın ŞƏRHİ

Baydenin korrupsiya “bumeranqı”, Trampın ŞƏRHİ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 31 yanvar, Rabil Kətanov, AZƏRTAC

Bu günlərdə ABŞ-ın Nyu-York federal məhkəməsinin demokrat senatoru Bob Menendesi xarici dövlətlərin maraqlarını qanunsuz senatda müdafiə etməsinə görə 11 il azadlıqdan məhrum etməsi dünya informasiya agentliklərinin baş xəbəri oldu.

İlk baxışdan demokratik, sərbəst bazar iqtisadiyyatına malik olan ABŞ-da korrupsiya əməllərinin olmaması haqqında böyük təsəvvürlər mövcud idi. Lakin real həyatda ABŞ heç də düşünüldüyü kimi “süddən çıxan ağ qaşıq” deyil. Məhkəmə sübuta yetirdi ki, B. Menendes Nyu-Yorkda fəaliyyət göstərən biznesmenlərdən külli miqdarda rüşvət alaraq, onlara havadarlıq edərək vergidən yayınmalarına imkan yaradırdı.

Digər tərəfdən o, xarici ölkələrdən, konkret Misir və Qətərdən rüşvət alaraq senatda bu ölkəyə silah satışının asanlaşmasına yardım edirdi. ABŞ Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham olunan senatorun evində aparılan axtarış zamanı 500 min dollar pul tapılıb. B. Menendeslə yanaşı ona rüşvət verən biznesmenlər də müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. ABŞ mətbuatı (“Today USA”, “Voice of America” və başqaları) bu kimi faktları Prezident C.Baydenin zəif lider olması ilə əlaqələndirirlər. Lakin C. Baydenin ABŞ Prezidenti olduğu müddətdə korrupsiya halları nəinki senatda, eləcə də Ağ Ev administrasiyasının özündə də müşahidə edilib.

Yeni prezident Donald Tramp andiçmə mərasimindən dərhal sonra C.Baydenin rəhbərlik etdiyi administrasiyada auditin keçirilməsi barədə göstəriş verdi və müəyyən olundu ki, ukraynalı əsgərlərin reabilitasiyası proqramına ayrılan 144 milyon dollar mənimsənilib. ABŞ auditorları onu da müəyyən ediblər ki, həmin proqrama ayrılan əlavə 18 milyon dollar da ünvana çatmayıb. Proqram yalnız kağız üzərində olub və reallıqda həyata keçirilməyib.

Ötən ilin oktyabr ayında ABŞ-da populyar olan “Fox News” kanalı Bayden ailəsinin korrupsiyaya qurşanması haqqında geniş reportaj hazırlamışdı. Reportajda deyilirdi ki, C.Bayden administrasiyası Federal Təhqiqatlar Bürosuna (FBR) Prezidentin oğlu Hanter Baydenin korrupsiyasını araşdırmağa imkan vermir. Qeyd olunurdu ki, Ukraynaya yardım adı altında H.Bayden milyonlarla dolları mənimsəyir. Prezidentliyə namizəd Robert Kennedi məsələyə münasibətini bildirərək deyib ki, C.Baydenin prezidentliyi dövründə FBR siyasiləşib və H.Baydenin rüşvət və korrupsiya əməlləri barəsindəki materialları gizlədir.

“The New York Times” qəzetində çıxan məqalədən sonra C.Baydenin oğlu barəsində Vaşinqtonda cinayət işi başladı. Məqalədə qeyd olunurdu ki, atasının vəzifəsindən istifadə edən Hanter Ukraynanın “Burisma” qaz hasilatı ilə məşğul olan şirkətdən ildə 1 milyon dollar vəsait alıb. Nəzərə çatdırılırdı ki, FBR-ə 40-adək mənbədən daxil olan məlumatlara əsasən, Hanterə ümumilikdə 10 milyon dollar pul verilib. ABŞ-ın Ukraynaya silah verməsi müqabilində də Hanterə “otkat” olaraq 15-17 milyon dollar verilib. Qəzetə müsahibə verən Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) keçmiş müşaviri Devid Payn prezidentinin oğlunun Ukraynada korrupsiyaya qurşanmasına münasibət bildirərək bildirib ki, “Ağ Evin Ukraynaya külli miqdarda silah sursat verməsinin səbəbi bəlli oldu”. Keçmiş müşavir Prezidentin də oğlu ilə birlikdə bu korrupsiya əməliyyatında iştirakını istisna etməyib.

ABŞ Prezidentinin ailəsinin korrupsiya əməlləri törətməsi barədə mətbuatda çoxsaylı yazılar və faktlar dərc olunduqdan sonra ABŞ-ın Delaver ştatının federal məhkəməsi cinayət işi qaldıraraq araşdırmaya başladı. Hanter tez-tez məhkəməyə çağırılır və ondan ifadələr alınırdı. Araşdırmadan sonra məhkəmə Hanter Baydedin günahkar olduğunu bəyan etdi və 12 gündən sonra onun barəsində qətnamə qəbul ediləcəyini bildirdi.

Cənubi Texasda fəaliyyət göstərən hüquq kollecinin professoru Dryu Stivenson bildirdi ki, Hanterə qarşı olduqca ağır ittihamlar irəli sürülüb və andlılar məhkəməsi onun günahkar olduğunu təsdiq edib və buna görə də Hanterə ən az 25 il azadlıqdan məhrumetmə cəzası kəsilməlidir. Lakin məsələ heç də hüquq professorunun dediyi kimi deyil, tamamilə başqa istiqamətdə cərəyan etdi.

Məhkəmə prosesi zamanı oğlunun cinayəti sübut edilərsə məsələyə qarışmayacağını və məhkəmənin qərarına hörmətlə yanaşacağını bəyan edən prezident C.Bayden 2024-cü ilin dekabrında prezidentlik müddətinin başa çatmasına az qalmış hüququndan istifadə edərək oğlunu əfv etdi və H.Baydenə qarşı açılan cinayət işi bağlandı.

Həmin dövrdə sabiq prezident Donald Tramp (indiki prezident) özünün “TruthSocial” sosial şəbəkəsindəki platformasında istehza ilə C.Bayden ailəsinin korrupsiyasını belə izah etmişdi: “Siz (amerikalılar) vergi ödəyirsiniz, mən (C.Bayden) onu Ukraynaya göndərirəm, onlar (Ukrayna) onu Hanterə (C.Baydenin oğluna) qaytarırlar, Hanter onu mənə (C.Baydenə) verir, mən (C.Bayden) Hanteri əfv edirəm”.

Göründüyü kimi demokratiyanın mənşəyi hesab edilən ABŞ-ın siyasi elitasında da belə neqativ hallar baş verir. Özünü demokrat adlandıran və eyniadlı partiyanın rəhbərlərindən olan C. Bayden 2023-cü ildə Vaşinqtonda “Demokratiya sammiti” keçirərək dünyada insan hüquqlarının qoruması məsələsini ABŞ-ın prioritet siyasəti kimi qiymətləndirmişdir. “Politico” nəşri C. Bayden administrasiyasını ABŞ tarixində ən zəif və iqtidarsız hakimiyyət adlandırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:329
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri