“Bayer 04” “Bavariya”nı çempionluğa bir addım da yaxınlaşdırdı | Icma.az
Footbal-plus saytına istinadən Icma.az xəbər verir. Xristian dünyansının ən böyük dini bayramlarından olan Pasxaya görə bundesliqada cümə gü
"Football-plus.az" xəbər verir ki, tura şənbə günü start verildi.
“İnter”lə dueldəki psixoloji zərbədən sonra “Bavariya”nın necə təsir bağışlayacağı maraq doğururdu.
Ancaq “Haydenhyam” Münhen nəhəngini büdrədəcək səviyyədə rəqib deyil. Debütant artıq ilk yarıda 3 qol buraxmaqla “ağ bayraq qaldırdı”.
Ümumiyyətlə, bu turda ilk yarıda vurulan qolların çoxluğu diqqəti çəkdi. Bu cəhətdən xüsusilə Berlindəki qarşılaşma fərqləndi.
Maraqlıdı ki, “Union”la “Ştutqart” fasiləyə qədər hərəyə 4 top vurduğu halda, fasilədən sonra iki komanda birlikdə “çərçivə”yə cəmi bir zərbə endirdi!
Son iki turda qalib gələn “Leyptsiq” gözlənilmədən öz meydanında autsayder “Holştayn”la bacara bilmədi.
Düzdü, “öküzlər” 4-cü pilləni əldən vermədilər. Amma komanda rəqiblərinə fərqi minimuma endirmək fürsəti yaratdı.
Tam oxu
Xəbəri oxu