Icma.az
close
up
RU
“Bayer 04” “Bavariya”nı çempionluğa bir addım da yaxınlaşdırdı

“Bayer 04” “Bavariya”nı çempionluğa bir addım da yaxınlaşdırdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Xristian dünyansının ən böyük dini bayramlarından olan Pasxaya görə bundesliqada cümə günü oyun keçirilmədi.

"Football-plus.az" xəbər verir ki, tura şənbə günü start verildi. “İnter”lə dueldəki psixoloji zərbədən sonra “Bavariya”nın necə təsir bağışlayacağı maraq doğururdu. Ancaq “Haydenhyam” Münhen nəhəngini büdrədəcək səviyyədə rəqib deyil. Debütant artıq ilk yarıda 3 qol buraxmaqla “ağ bayraq qaldırdı”.
Ümumiyyətlə, bu turda ilk yarıda vurulan qolların çoxluğu diqqəti çəkdi. Bu cəhətdən xüsusilə Berlindəki qarşılaşma fərqləndi. Maraqlıdı ki, “Union”la “Ştutqart” fasiləyə qədər hərəyə 4 top vurduğu halda, fasilədən sonra iki komanda birlikdə “çərçivə”yə cəmi bir zərbə endirdi! Son iki turda qalib gələn “Leyptsiq” gözlənilmədən öz meydanında autsayder “Holştayn”la bacara bilmədi. Düzdü, “öküzlər” 4-cü pilləni əldən vermədilər. Amma komanda rəqiblərinə fərqi minimuma endirmək fürsəti yaratdı. “Frayburq” bu fürsətdən çox gözəl yararlandı. “Maynts-05” isə əksinə, yararlana bilmədi və “Volfsburq”la ev oyununda qələbəni son dəqiqədə əldən verdi. “Karnavalçılar”ın qələbəsiz seriyası 5 oyuna çatdı. “Bohum”u minimal hesabla məğlub edən “Verder” isə ardıcıl 4-cü qələbəni bayram etdi.
Turun yeganə qolsuz oyunu bazar gününün açılış matçına təsadüf etdi. “Ayntraxt” səfərdə “Aqusburq”u məğlub edə bilməsə də, 3-cü pillədə yeri çox rahatdı. Turun mərkəzi oyunu “Borussiya”ların duelinə səhnə oldu. Dortmunddakı qarşılaşmanın da ilk yarısı çox məhsuldar alındı. Qonaqlar hesabı açsalar da, meydan sahibləri hələ fasiləyə qədər 3 qol vurmağa müvəffəq oldular. Geridönüşün əsasını qoyan Girassi 2025-ci ildə bütün turnirləri nəzərə almaqla artıq 17-ci qolunu vurdu. “Böyük beşlik”də bu təqvim ilində yalnız Dembele (24) və Mbappe (21) ondan daha çox qol vurub. Münhenqladbaxlılar fasilədən sonra fərqi minimuma endirsələr də, xal qazana bilmədilər. Son 4 turda 10 xal toplayan “arılar” “ÇL zonası” ilə xal fərqini 4-ə endirdilər. Turun əsas sürprizi Hamburqda qeydə alındı. Son həftələrdə qol vurmaqda və qələbə qazanmaqda çətinlik çəkən “Bayer-04” debütant “Sankt Puli” ilə səfər oyununda fasiləyə üstün yollansa da, bu hesabı qoruya bilmədi. Bu nəticə ilə faktiki çempionluq intriqası başa çatdı. Çünki sona 4 tur qalmış 8 xallıq fərqi aradan qaldırmaq üçün yalnız möcüzə baş verməlidi. Leverkuzenlilər xal itirməkdə davam etsələr, son çempion statusu ilə artıq növbəti tur vidalaşa bilərlər.
30-cu tur
Haydenhaym – Bavariya 0:4

Keyn, 13. Laymer, 19. Koman, 36. Kimmix, 56. (15000)
Bavariya: Urbiq, Laymer (Boe, 46), Dayer, Stanişiç, Gerreyro (Palyinya, 85), Kimmix, Pavloviç, Olise (Vidoviç, 74), Qnabri, Koman (Sane, 63), Keyn (Müller, 63).
Sankt Pauli – Bayеr-04 1:1
Buxalfa, 78 – Şik, 32. (29549)
Bayer-04: Qradetski, Frimponq, Tapsoba (Buendia, 89), Ta, İnkapye, Qrimaldo, Caka, Palasios, Virts, Tella (Bonifeys, 89), Şik (Adli, 66).
Borussiya D – Borussiya M 3:2
Girassi, 41. Nmeça, 44. Svensson, 45+4 – İtakura, 24. Ştöger, 56-p. (81365)
Borussiya: Kobel, Kouto (Ryuyerson, 61), Zyule (Əmrə Can, 73), Anton, Bensebayni, Svensson, Qross, Nmeça (Salih Özcan, 73), Bayer (Çukvuemeka, 35), Adeyemi (Brandt, 73), Girassi.
Leyptsiq – Holştayn 1:1
Şeşko, 74-p. – Matino, 44. (45940)
Leyptsiq: Qulaçi (Vandevoordt, 67), Nedelkoviç (Qeertruyda, 46), Klostermann, Bitşiabu, Lukeba, Zayvald, Vermeeren (Aydara, 46), Baku (Qomis, 90+3), Baumqartner, Openda (Poulsen, 90+3), Şeşko.
Auqsburq – Ayntraxt F 0:0
(30660)
Ayntraxt: Trapp, Kristensen, Kox, Tuta, Teate (Kollins, 56), Braun, Larsson, Skiri, Çaibi (Bahoya, 46), Batşuayi (Knauff, 46), Ekitike.
Frayburq – Hoffеnhaym 3:2
Höler, 28; 57. Doan, 36 – Bülter, 45+2. Kramariç, 45+5. (34700)
Union – Ştutqart 4:4
İliç, 5; 45+6. Leyte, 19. Kverfeld, 38 – Dəniz Undav, 23. Miyo, 29. Şabo, 43. Fürix, 45+1. (22012)
Maynts-05 – Volfsburq 2:2
Li Ce Sun, 37. Kor, 40 – Arnold, 3. Vavro, 89. (32000)
Verder – Bohum 1:0
Vayzer, 80. (42100)
1. Bavariya 30 22 6 2 87-29 72
2. Bayer-04 30 18 10 2 64-35 64
3. Ayntraxt F 30 15 7 8 58-42 52
4. Leyptsiq 30 13 10 7 48-38 49
5. Frayburq 30 14 6 10 43-47 48
6. Maynts-05 30 13 8 9 48-36 47
7. Borussiya D 30 13 6 11 57-47 45
8. Verder 30 13 6 11 48-54 45
9. Borussiya M 30 13 5 12 48-46 44
10. Auqsburq 30 11 10 9 33-40 43
11. Ştutqart 30 11 8 11 56-50 41
12. Volfsburq 30 10 9 11 53-47 39
13. Union 30 9 8 13 30-44 35
14. Sankt Pauli 30 8 6 16 26-36 30
15. Hoffenhyaym 30 7 9 14 38-55 30
16. Haydenhaym 30 6 4 20 32-60 22
17. Bohum 30 5 5 20 29-62 20
18. Holştayn 30 4 7 19 41-71 19
Bombardirlər: Keyn (Bavariya) – 24, Şik (Bayer-04) – 18, Girassi (Borussiya D) – 16.
Növbəti turun oyunları aprelin 25-27-si aralığında keçiriləcək: Bayеr-04 – Auqsburq, Bavariya – Maynts-05, Bohum – Union, Ayntraxt F – Lеyptsiq, Hoffеnhaym – Borussiya D, Holştayn – Borussiya M, Ştutqart – Haydenhaym, Verder – Sankt Pauli, Volfsburq – Frayburq.
Turun rəqəmi
8 – “Union”la “Ştutqart”ın dueli turnir cədvəli baxımından heç bir prinsipiallıq və ciddi maraq doğurmurdu. Amma di gəl ki, bu qarşılaşma bundesliqanın tarixinə düşdü. Buna qədər bu turnirdə ilk yarısında 8 qol vurulan qarşılaşma olmamışdı! Əvvəlki rekord 7 qol idi və indiyə qədər 4 belə oyun baş tutmuşdu. Sonuncusu 2019-un mayında Leverkuzendə keçirilmişdi. Həmin vaxt “Bayer-04” “Ayntraxt”la ev oyununda fasiləyə 6:1-lik üstünlüiklə yollanmışdı. Maraqlıdı ki, o qarşılaşmada da ikinci hissədə azarkeşlər qol görməmişdi.
Turun ulduzu
Lukas Höler (Frayburq) – tur məhsuldarlıq baxımından pis keçməsə də, özünü yaxşı tərəfdən göstərən futbolçuların sayı çox olmadı. Höler dubl edən yeganə futbolçudu. Həm də onun qolları komandasına qələbə qazandırdı. Bu üzdən üstünlüyü bu futbolçuya veririk. 30 yaşlı forvardı artıq “Frayburq”n veteranı saymaq olar. O, 2017-ci ildən bu klubun şərəfini qoruyur. Maraqlıdı ki, Höler bu mövsümə qədər bundesliqada keçirdiyi 200 qarşılaşmada cəmi bir dəfə dubl etmişdisə, 2024/25-də keçirdiyi 28-ci oyunda artıq 2-ci dublunu rəsmiləşdirdi!
Turun sitatı
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Riyazi cəhətdən çempionluq yarışı bitməyib. Amma bu mövsüm heç-heçələrimizin sayı hədsiz çoxdu. Bizə “Bavariya” ilə eyni səviyyədə olmağa mane olan əsas amil məhz budu. Oyunun sonlarına yaxın qol buraxıb qələbəni əldən vermək həmişə üzücüdü. Halbuki 2-ci qolu vurmaq üçün dəfələrlə fürsətimiz oldu. Bu nəticəni bizim üçün uğurlu saymaq çətindi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri