Icma.az, News24 saytına istinadən bildirir. Bu il Azərbaycanda Qurban bayramı iyunun 6-sı və 7-si tarixlərinə təsadüf edir.
Nazirlər Kabinetinin qərarına əsasən, 6-7 iyun tarixləri qeyri-iş günləri olacaq.
8 və 9 iyun tarixlərinin də həftəsonu olduğunu nəzərə alsaq, vətəndaşlar dörd gün ardıcıl olaraq istirahət edəcək, bu isə ənənəyə uyğun şəkildə evlərdə ət yeməklərinin çoxlu hazırlanması və qonaqlıqların artması ilə müşahidə olunacaq.Ancaq bayramda həddindən artıq qurbanlıq ət istehlakı bir çox insanlar üçün sağlamlıq baxımından ciddi risklər yarada bilər.Kimlər diqqətli olmalıdır?News24.az bildirir ki, bayram süfrələrinin ayrılmaz hissəsi olan qurbanlıq ət düzgün hazırlanmadıqda və ölçüsüz şəkildə qəbul edildikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər.
Dünya həkimləri xüsusilə bəzi qruplara aid olan şəxsləri ehtiyatlı olmağa çağırır. Bunlardan biri ürək-damar xəstələridir.
Belə ki, qırmızı ətin tərkibindəki doymuş yağlar və xolesterin damar tıxanıqlığı, hipertoniya və infarkt riskini artıra bilər.
Yağlı kabablar, qızardılmış yeməklər bu insanlara ciddi zərər verə bilər. Şəkərli diabet xəstələri də diqqətli olmalıdır.
Yağlı və ağır ət yeməkləri qan şəkərinin qeyri-sabitləşməsinə səbəb ola bilər.Qurbanlıq əti yağsız hissələrdən seçmək və tərəvəzlərlə birgə qəbul etmək tövsiyə olunur.
Bu siyahıya böyrək problemi olan şəxslər də daxildir. Zülalla zəngin ət böyrəkləri yükləyir və sidik turşusunun artmasına səbəb olur.