Icma.az
close
up
RU
Bayram boyu yalnız ət yeməyin XƏBƏRDARLIQ

Bayram boyu yalnız ət yeməyin XƏBƏRDARLIQ

Icma.az, News24 saytına istinadən bildirir.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 6-sı və 7-si tarixlərinə təsadüf edir. Nazirlər Kabinetinin qərarına əsasən, 6-7 iyun tarixləri qeyri-iş günləri olacaq. 8 və 9 iyun tarixlərinin də həftəsonu olduğunu  nəzərə alsaq,  vətəndaşlar dörd gün ardıcıl olaraq istirahət edəcək, bu isə ənənəyə uyğun şəkildə evlərdə ət yeməklərinin çoxlu hazırlanması və qonaqlıqların artması ilə müşahidə olunacaq.

Ancaq bayramda həddindən artıq qurbanlıq ət istehlakı bir çox insanlar üçün sağlamlıq baxımından ciddi risklər yarada bilər.

Kimlər diqqətli olmalıdır?

News24.az bildirir ki, bayram süfrələrinin ayrılmaz hissəsi olan qurbanlıq ət düzgün hazırlanmadıqda və ölçüsüz şəkildə qəbul edildikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər. 

Dünya həkimləri xüsusilə bəzi qruplara aid olan şəxsləri ehtiyatlı olmağa çağırır. Bunlardan biri ürək-damar xəstələridir. Belə ki, qırmızı ətin tərkibindəki doymuş yağlar və xolesterin damar tıxanıqlığı, hipertoniya və infarkt riskini artıra bilər. Yağlı kabablar, qızardılmış yeməklər bu insanlara ciddi zərər verə bilər. Şəkərli diabet xəstələri də diqqətli olmalıdır. Yağlı və ağır ət yeməkləri qan şəkərinin qeyri-sabitləşməsinə səbəb ola bilər.

Qurbanlıq əti yağsız hissələrdən seçmək və tərəvəzlərlə birgə qəbul etmək tövsiyə olunur. Bu siyahıya böyrək problemi olan şəxslər də daxildir. Zülalla zəngin ət böyrəkləri yükləyir və sidik turşusunun artmasına səbəb olur. Bu isə böyrək daşları və podaqra tutmaları ilə nəticələnə bilər. Həmçinin, mədə-bağırsaq xəstələri də qidalanmasına fikir verməlidir. Xüsusilə reflüks, qastrit, xora və qəbizlik problemi olanlar yağlı və duzlu ət yeməklərindən uzaq durmalıdır. Qurban ətinin bişməmiş halda tez yeyilməsi də həzm sisteminə zərər verə bilər.

Ən həssas kateqoriyalardan biri də uşaqlar və yaşlılardır. Uşaqların və yaşlı insanların həzm sistemi zəif olduğu üçün onların gündəlik qəbul etdiyi ət miqdarı məhdudlaşdırılmalıdır. Xüsusilə qızardılmış və çox bişmiş ətlərdən uzaq durmaq tövsiyə olunur.

Həkim-dietoloqlar hesab edir ki, Qurban bayramında belə, düzgün qidalanma prinsipləri pozulmamalıdır. Pəhriz saxlayan və ya artıq çəkidən əziyyət çəkən insanlar bayram günlərini “bəhanə”yə çevirməməlidirlər.

Belə ki, ət tək başına yox, tərəvəzlərlə birlikdə qəbul olunmalıdır. Gündəlik ət miqdarı 100-150 qramı keçməməlidir. Əti sobada bişirmək və ya qaynatmaq daha faydalıdır. Ən əsası, bayram süfrəsini yalnız kabab və qovurmalardan ibarət etmək olmaz.

Mütəxəssislər xəbərdarlıq edir ki, kəsilən ət bir neçə saat sərin yerdə saxlanmalı, sonra hissələrə ayrılaraq dondurucuda yerləşdirilməlidir. Ətin dərhal bişirilməsi orqanizm üçün yükləyici ola bilər.

Yumşalmamış ət, xüsusilə də yağlı hissələr, mədə narahatlığına və zəhərlənməyə qədər gedə bilən problemlərə yol aça bilər.

Bayram istirahətini sağlam keçirmək üçün nə etməli?

Qurban bayramı günləri evdə oturmaqla, fasiləsiz yeməklə keçməməlidir. Qısa gəzintilər və sadə fiziki hərəkətlər həm qida həzmini asanlaşdırır, həm də yuxululuq və halsızlığın qarşısını alır. Həddindən artıq ət yeyilən günlərdə su balansı pozula bilər. Gündə ən azı 1,5–2 litr su içmək lazımdır. Qan təzyiqi və şəkərdən əziyyət çəkən risk qrupunda olanlar üçün bayramda gündəlik sağlamlıq nəzarəti vacibdir.

Qurban bayramı paylaşmaq, yardım etmək və birlik ruhunu yaşatmaq üçündür. Bu gözəl günlərdə süfrələrimiz bol, ürəklərimiz rahat olsun, ancaq sağlamlığımızı da unutmayaq. Pəhriz saxlayanlar, xroniki xəstəliyi olanlar və həssas qruplar üçün bayramın mənəvi sevincini qorumaq yalnız balanslı və ağıllı qidalanma ilə mümkündür.

Unutmayaq: sağlam bədən – sağlam bayram deməkdir!/Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 İyun 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri