Bayram günlərinə olan geomaqnit hava proqnozu

06.11.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən Axşam.az-a bildirilib ki, noyabrın 12-dək geomaqnit sahənin normal fon səviyyəsində, orta coğrafi enliklərdə sakit olacağı gözlənilir.

Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 9-10 noyabr tarixləri üçün 4-3, 11-12 noyabr tarixləri üçün 3-2 aralığında, yüksək coğrafi enliklərdə isə 4-5 intervalında olacaq.

9-12 noyabr tarixlərində orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində geomaqnit sahəsinin əsasən stabil və ya zəif həyəcanlaşmış (sakit) səviyyədə olacağı proqnozlaşdırılır. Bu dövrdə Yerdə güclü və ya dağıdıcı geomaqnit qasırğasının baş vermə ehtimalı olduqca aşağıdır. Güclü geomaqnit qasırğası gözlənilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью