Bayram günlərinə olan geomaqnit hava proqnozu
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən Axşam.az-a bildirilib ki, noyabrın 12-dək geomaqnit sahənin normal fon səviyyəsində, orta coğrafi enliklərdə sakit olacağı gözlənilir.
Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 9-10 noyabr tarixləri üçün 4-3, 11-12 noyabr tarixləri üçün 3-2 aralığında, yüksək coğrafi enliklərdə isə 4-5 intervalında olacaq.
9-12 noyabr tarixlərində orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində geomaqnit sahəsinin əsasən stabil və ya zəif həyəcanlaşmış (sakit) səviyyədə olacağı proqnozlaşdırılır. Bu dövrdə Yerdə güclü və ya dağıdıcı geomaqnit qasırğasının baş vermə ehtimalı olduqca aşağıdır. Güclü geomaqnit qasırğası gözlənilmir.
Baxış sayı:109
Bu xəbər 06 Noyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















