Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Musavat.com-un həmsöhbəti Xalq artisti Tariyel Qasımovdur.
86 yaşlı aktyor hazırda Ağstafada yaşayır. – Tariyel bəy, 8 Mart öncəsi əhvalınız necədir?
– Qadın tərəfdən həm qohumlarım, həm də dostlarım çoxdur. Yaxşı xərcim çıxır. Ya qonaqlıq verirəm, ya da pul göndərirəm.
– Bakıya tez-tez gəlib-gedirsiniz? – Tez-tez gəlib-gedirəm, martın 11-də də Bakıya gələcəyəm.
Heydər Əliyev Sarayında keçirilən böyük tədbirdə iştirak edəcəyəm. Həmçinin dövlət televiziyasında qonaq olacağam. – Bəs teatr və tamaşalar?
Onlarsız darıxmırsınız? – O qədər rollar oynamışam ki, artıq doymuşam, darıxmıram. İncəsənət üçün nə lazımdırsa, etmişəm.
– Ağstafada tək yaşayırsınız? – Ağstafanın icra başçısı yubileyimdə mənə 6 sot torpaq verdi. Həmin ərazidə ev tikmişəm.
İndi yoldaşımla birgə həmin evdə yaşayıram. İnsan yaşa dolduqca doğulduğu yerdə olmaq istəyir. Burada yaxşı insanlar var, günüm əla keçir.