Icma.az
close
up
RU
“Bayrama görə həyat yoldaşıma 1000 manat verdim, dedim, xərclə” Qadınlardan 300 məktub alan Xalq artisti

“Bayrama görə həyat yoldaşıma 1000 manat verdim, dedim, xərclə” Qadınlardan 300 məktub alan Xalq artisti

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Musavat.com-un həmsöhbəti Xalq artisti Tariyel Qasımovdur. 86 yaşlı aktyor hazırda Ağstafada yaşayır.

– Tariyel bəy, 8 Mart öncəsi əhvalınız necədir?

– Qadın tərəfdən həm qohumlarım, həm də dostlarım çoxdur. Yaxşı xərcim çıxır. Ya qonaqlıq verirəm, ya da pul göndərirəm.

– Bakıya tez-tez gəlib-gedirsiniz?

– Tez-tez gəlib-gedirəm, martın 11-də də Bakıya gələcəyəm. Heydər Əliyev Sarayında keçirilən böyük tədbirdə iştirak edəcəyəm. Həmçinin dövlət televiziyasında qonaq olacağam.

– Bəs teatr və tamaşalar? Onlarsız darıxmırsınız?

– O qədər rollar oynamışam ki, artıq doymuşam, darıxmıram. İncəsənət üçün nə lazımdırsa, etmişəm.

– Ağstafada tək yaşayırsınız?

– Ağstafanın icra başçısı yubileyimdə mənə 6 sot torpaq verdi. Həmin ərazidə ev tikmişəm. İndi yoldaşımla birgə həmin evdə yaşayıram. İnsan yaşa dolduqca doğulduğu yerdə olmaq istəyir. Burada yaxşı insanlar var, günüm əla keçir. Qoca kişilər yığışıb nərd oynayırıq. İcra hakimiyyəti məni bəzən tədbirlərə çağırır. Bir sözlə, Bakı üçün darıxmıram.

– Bakıdan qonaqlarınız olurmu? Dostlarınızdan sizi kimlər ziyarət edir?

– Bakıdan qonaqlarım olur, onlara burada balıq qonaqlığı verirəm. Kür çayının kənarında restoran var, onlar balığı tutub bişirirlər.

Bir dəfə evdə oturmuşdum, məni həmin restorana çağırdılar. Gedib gördüm ki, xeyli polis oraya yığışıb. Sən demə, məni televizorda görüblər və mərc ediblər. Biri deyib, Tariyel müəllim filan rolu oynayıb, digəri deyib oynamayıb. Onlardan biri uduzmuşdu. Uduzan polis polkovniklərlə birgə Ağstafaya gəlib ki, həm mənə, həm də onlara qonaqlıq versin. Beləliklə, yedik, içdik sağollaşdıq.

– Siz özünüz balıq ovuna gedirsiniz?

– Xeyr, amma balıq yeməyi xoşlayıram, hər gün yeyərəm.

– 86 yaş bir igid ömrüdür. Uzunömürlülük genetikdir sizdə, yoxsa sağlam yaşamaqla əlaqədardır?

– Özümü 86 yaşda hiss etmirəm. Hərdən deyirlər ki, qoca kişisən, bu nə hərəkətdir. Hərtərəfli cavanlıq edirəm. Özümü orta yaşlı insan kimi hiss edirəm.

– Qohum xanımlarınıza pul göndərdiyinizi dediniz. Bəs həyat yoldaşınıza nə almağı fikirləşirsiniz?

– Bu gün həyat yoldaşıma 8 Mart münasibətilə 1000 manat pul verdim. O da çox razı qaldı.

– İndi çətin zəmanədir. Hər kişi həyat yoldaşına 8 Mart münasibəti ilə bu qədər pulu verə bilmir. Siz bu qədər məbləği necə toplaya bildiniz?

– Hər ay mən 1500 manat Prezident təqaüdü alıram. Ondan əlavə, 640 manat pensiya alıram. Xalq artisti olduğuma görə isə 200 manat verirlər mənə. Hər ay mənim 2500-dən çox pulum olur. Onun min manatını xanımıma bağışlamayım?!

– Çox səxavətli kişisiniz.

– Bəs necə olmalıyam ki…

– Bakıya gələndə sənət yoldaşlarınızla görüşürsünüzmü? Teatra gedirsiniz?

– Tamaşa olanda mütləq gedib baxıram. Sənət yoldaşlarımdan isə kimi çox istəyirəmsə, onlara zəng edib deyirəm ki, Bakıdayam, görüşək. Gəlirlər və onlara qonaqlıq verirəm.

– Sənət yoldaşlarınızdan kimlərlə dostsunuz?

– Ən yaxın, qardaş kimi çox istədiyim iki nəfər idi. Onlardan biri Şahmar Ələkbərov, digəri isə Həsən Əbluc idi. Hər ikisi dünyasını dəyişib, indi Yasin Qarayevlə dostluq edirəm.

– Mənə müsahibənizdə demişdiniz ki, gənclik illərinizdə xanımlardan 300-ə yaxın məktub almısınız. O illərin həsrətini çəkirsinizmi?

– O məktubların hamısı durur. Həmişə həyatımdan razı qalmışam. Çox az əziyyət çəkmişəm. Ən məşhur aktyor olmuşam, sovet dövründə Almaniyada ikiseriyalı filmə çəkilmişəm. Xeyli sayda filmdə obraz yaratmışam. Mən xoşbəxt aktyor və xoşbəxt insan olmuşam. İnsanlara yaxşılıq etmişəm. Kim mənə müraciət edibsə, onun işini həll etmişəm. Belə olan halda niyə özümü xoşbəxt hiss etməyim ki..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Mart 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri