Bayramda neçə gün evdə olacayıq? Tarixlər

27.11.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda 2027-ci ilin Yeni il bayramı ilə əlaqədar neçə gün ardıcıl istirahət ediləcəyi maraq doğurur.

Milli.Az-ın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1-i və 2-si isə Yeni il bayramı kimi qeyd olunur.

2027-ci ildə yanvarın 2-si şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən, bayram günü həftəlik istirahət gününə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur.

Bu qayda nəzərə alınarsa, beşgünlük iş həftəsi ilə çalışanlar üçün 31 dekabr 2026-cı ildən 4 yanvar 2027-ci il tarixinədək ardıcıl 5 gün istirahət olacaq.

Beləliklə, yanvarın 5-dən iş həftəsi başlayacaq.

Qeyd edək ki, yekun istirahət günləri 2027-ci il üçün təsdiqlənəcək rəsmi istehsalat təqvimində dəqiqləşdiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью