Bayramda neçə gün evdə olacayıq? Tarixlər
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda 2027-ci ilin Yeni il bayramı ilə əlaqədar neçə gün ardıcıl istirahət ediləcəyi maraq doğurur.
Milli.Az-ın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1-i və 2-si isə Yeni il bayramı kimi qeyd olunur.
2027-ci ildə yanvarın 2-si şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən, bayram günü həftəlik istirahət gününə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur.
Bu qayda nəzərə alınarsa, beşgünlük iş həftəsi ilə çalışanlar üçün 31 dekabr 2026-cı ildən 4 yanvar 2027-ci il tarixinədək ardıcıl 5 gün istirahət olacaq.
Beləliklə, yanvarın 5-dən iş həftəsi başlayacaq.
Qeyd edək ki, yekun istirahət günləri 2027-ci il üçün təsdiqlənəcək rəsmi istehsalat təqvimində dəqiqləşdiriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:119
Bu xəbər 27 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















