Bayramda xəstələnməmək üçün nə etməli? Terapevtdən vacib tövsiyələr

18.12.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Bayram günlərində soyuqdəymədən qorunmaq üçün qidalanmaya diqqət yetirmək və pandemiya dövründə tətbiq olunan bəzi qaydaları xatırlamaq lazımdır.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə terapevt Suzanna Uayli danışıb.

Həkimin sözlərinə görə, immuniteti gücləndirmək üçün meyvə və tərəvəzlərlə zəngin, tam taxıllı məhsullar və zülal əsaslı qidaları əhatə edən balanslı rasiona riayət etmək vacibdir. O, eyni zamanda bol su və digər mayelərin qəbulunu tövsiyə edib, lakin spirtli içkilərin istehlakının azaldılmasının əhəmiyyətinə diqqət çəkib.

“Hazırda bayram məclislərinin vaxtıdır, lakin bir kokteyl və ya bir qədəh şampan yuxu rejimini poza bilər. Bu isə öz növbəsində immunitetin zəifləməsinə səbəb olur,” – deyə həkim bildirib.

Həkim viruslardan qorunmağın ən effektiv yolu kimi qrip və koronavirus əleyhinə peyvəndləri göstərib. Onun sözlərinə görə, peyvəndlər xəstəliyin ağır keçmə riskini əhəmiyyətli dərəcədə azaldır.

Terapevt COVID-19 pandemiyasından sonra unudulan mühüm bir vərdişi də xatırladıb - maska taxmaq. Düzgün istifadə edildikdə maskalar tənəffüs yolu infeksiyalarının yayılmasının qarşısını almağa kömək edir.

Həkimin sözlərinə görə, maska burun və ağzı boşluq qalmadan örtməli, maskaya toxunduqdan sonra isə əllər yuyulmalıdır. Bundan əlavə, ictimai nəqliyyatda tutacaqlara və digər ümumi səthlərə toxunduqdan sonra əllərin tez-tez yuyulması və ya spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью